Icma.az
close
up
RU
İlham Əliyev 2 fərman imzaladı

İlham Əliyev 2 fərman imzaladı

Icma.az bildirir, Axar.az portalına istinadən.

Prezident İlham Əliyev “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Axar.az fərmanın mətnini təqdim edir:

1. Müəyyən edilsin ki:

1.1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci (hər iki halda) və 17.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 17.1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

1.2.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə (o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalara və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən digər qeyri-kommersiya qurumlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi;

1.2.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə, publik hüquqi şəxslərə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, habelə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti;

1.2.3. dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi;

1.3. həmin Qanunun 17.1-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:

1.3.1. qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, siyasi partiyalara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası;

1.3.2. kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

1.4. həmin Qanunun 17.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 57-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228 (Cild I); 2024, № 7, maddə 789) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “15.9.1-2-ci” sözlərindən sonra “, 17.1-ci (hər iki halda) və 17.2-ci” sözləri əlavə edilsin;

3.2. 2.4-cü bənd üzrə:

3.2.1. birinci abzasdan “17-ci maddəsində (birinci halda),” sözləri çıxarılsın və həmin abzasa “keçirirlər” sözündən sonra “və həmin Qanunun 17.1-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur” sözləri əlavə edilsin;

3.2.2. 2.4.1-ci yarımbənddə “münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla,” sözləri “(o cümlədən Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalara və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə) münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən” sözləri ilə əvəz edilsin;

3.2.3. 2.4.2-ci yarımbənddən “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

3.3. 2.9-cu bənddən “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında” sözləri çıxarılsın;

3.4. 2.14-1-ci bənd üzrə:

3.4.1. birinci abzas aşağıdakı redaksiyada verilsin:

“2.14-1. həmin Qanunun 17.1-ci maddəsində ikinci halda “orqan (qurum)” dedikdə aşağıdakılar nəzərdə tutulur:”;

3.4.2. 2.14-1.1-ci yarımbəndə ikinci halda “Nazirliyi” sözündən sonra “, siyasi partiyalara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası” sözləri əlavə edilsin;

3.5. aşağıdakı məzmunda 2.14-2-ci bənd əlavə edilsin:

“2.14-2. həmin Qanunun 17.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il sentyabrın 3-də Buxarest şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”ə düzəliş Protokolu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Energetika Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstan Hökumətlərinə bildiriş göndərsin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Dekabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see351

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see265

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see257

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see245

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see240

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see220

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see220

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see202

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see187

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see187

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see182

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see169

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see169

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see165

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see161

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see157

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see157

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see154

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see154

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri