Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

İlham Əliyev Avropa İttifaqına bənzər Türk İttifaqı qurur, yalnız iki üstün fərqlə…

İlham Əliyev Avropa İttifaqına bənzər Türk İttifaqı qurur, yalnız iki üstün fərqlə…

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Azay Quliyev
Milli Məclisin deputatı

Məlum olduğu kimi, hazırkı dünya nizamı artıq son dövrünü yaşamaqdadır, lakin yeni qaydaların necə olacağı və ya köhnəsinin köklü şəkildə necə dəyişdiriləcəyi isə hələ bəlli deyil. Ancaq acı reallıq ondan ibarətdir ki, artıq, nə 1945-ci ildə dünya nizamını və beynəlxalq hüququn əsaslarını təşkil edən BMT Nizamnaməsi, qəbul olunan onlarla beynəlxalq sənədlər, nə də soyuq müharibə dövründə iki super gücün qarşıdurmasını önləyən və beynəlxalq hüququn ayrlmaz hissəsinə çevrilən 1975-ci ilin Helsinki Dekoloqu işləmir.

Dünyada baş verən geosiyasi kataklizmlər, davam edən müharibələr və qlobal hegemoniya uğrunda aparılan amansız mübarizə dünyada yeni güc mərkəzlərinin yaranmasını, yeni dünya düzəninin formalaşmasını qaçılmaz edir. Bu prosesin nə qədər vaxt alacağı, bunun üçün daha nə qədər qanlı və dəhşətli müharibələrin baş verəcəyini söyləmək çətindir. Fəqət, nə özünü supergüc hesab edən ABŞ İrana qarşı başladığı müharibəni istədiyi kimi başa çatdıra bilir, nə də 5 ilə yaxındır ki, Rusiya Ukrayna bataqlığından çıxmağı bacarır. Bu müharibələr nə qədər işğalçı və beynəlxalq hüququ heçə sayan aktlar olsa da, özü -özlüyündə bir çox sterotipləri dağıtdı, xüsusilə, ABŞ-ın dünya hegemoniyası sarsıdıcı zərbə aldı, dünyanın ən güclü 2-ci orduya malik Rusiyanın hərbi xarizmasını və geosiyasi çəkisini yerlə bir etdi. Bu isə ilk növbədə Türk dövlətlərinin işinə yaradı.

Heç kimə sirr deyil ki, nə ABŞ, nə Avropa İttifaqı, nə də Rusiya təkbaşına dünyanı saldıqları xaotik və qeyri-müəyyən vəziyyətdən çıxarmaq, dünyada sülhü və təhlükəsizliyi qorumaq, hazırkı dünya nizamını reabilitasiya etmək və ya yeni dünya nizamını şəkilləndirmək iqtidarında deyillər, onların bu istiqamətdə heç konkret vizyonu və ya planı da hiss olunmur. Ən qorxulusu da odur ki, bu ölkələr arasında belə bir ağır və qlobal yükü çiyinlərində daşıya biləcək nə dövlət xadimi, nə də lider var.

Belə bir şəraitdə Prezident İlham Əliyevin məsələlərə müdrük və cəsarətli yanaşması, sonrakı onilliklərə hesablanan geosiyasi vizyonu və liderlik bacarığı, dünya ictimaiyyətinə verdiyi açıq mesajlar beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb edir. Təkcə son günlərdə dövlət başçısının TDT ölkələrinin din xadimlərini və təhlükəsizlik şuralarının rəhbərlərini qəbul edən zaman verdiyi açıqlamalara baxmaq kifayətdir ki, yuxarıda dediyim vizyonu tam görəsən. Belə ki, Azərbaycan lideri hazırkı geosiyasi vəziyyəti və dünyada baş verən dəyişikliyi ən doğru qiymətləndirərək mövcud durumda Türk dövlətləri üçün tarixi fürsətin, real bir şansın yarandığını bilir. Ona görə də bütün gücünü Türk dövlətləri birliyinin möhkəmlənməsinə, real güc mərkəzinə çevrilməsinə yönəldib. Bu gün İlham Əliyev faktiki olaraq Türk Dövlətləri Təşkilatında liderlik missiyasını həyata keçirir. Mən bununla digər Türk dövlətlərinin, xüsusilə Türkiyə liderinin rolunu qətiyyən azaltmaq istəmirəm. Lakin reallıq və həqiqət ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyası üçün gördükləri digərlərindən qabarıq şəkildə fərqlənir. Bu fərq Azərbaycanın ikinci Qarabağ savaşından sonra özünü daha çox biruzə verir. Azərbaycan və onun lideri torpaqlarını təkcə Ermənistanın işğalından azad etmədi, eyni zamanda Ermənistanı hərb və diplomatiya meydanında müdafiə edən, işğalı legitimləşdirməyə çalışan Rusiyanı, İranı, Fransanı, ABŞ-ı və digərlərini də məğlub etdi. Bu isə Türk dünyasında, xüsusilə Mərkəzi Asiya Türk dövlətlərində yeni canlanma, özünəinam və özünüdərk hisslərini, Azərbaycana və onun Liderinə olan rəğbəti daha da gücləndirdi. Bu da öz növbəsində güclü Türk Dövlətləri Təşkilatı quruculuğuna öndərlik etmək üçün İlham Əliyevə əlavə mənəvi, siyasi və hərbi əsaslar yaratdı.

Bu gün İlham Əliyev ilk növbədə Türk dövlətləri birliyinin institusional, hüquqi, hərbi, siyasi, mədəni-mənəvi və iqtisadi əsaslarını gücləndirmək, gələcəkdə Avropa İttifaqına bənzər Türk İttifaqının yaradılması üçün ciddi addımlar atır. Məqsəd yaranan tarixi fürsətdən istifadə edərək Türk Dövlətləri Təşkilatını qlobal güc mərkəzlərindən birinə çevirmək, Türk dünyasını qarşıdakı dövrdə üzləşə biləcəyi potensial çağırışlara və təlatümlərə hazırlamaqdır.

Gəlin, konkret faktlara nəzər yetirək:

1. Prezident İlham Əliyev TDT-yə üzv olan bütün ölkələrlə ayrı-ayrılıqda Müttəfiqlik haqqında sənəd imzaladı. Müttəfiqlik sənədi dünyada dövlətlərarası münasibətləri ən yüksək səviyyədə tənzimləyən ən ali hüquqi sənəddir. Beləliklə, Azərbaycan Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsinin ruhuna uyğun olaraq Qazaxıstan, Qırğızıstan və Özbəkistanla da rəsmən müttəfiq oldu. Əminəm ki, yaxın gələcəkdə Müttəfiqlik sazişinin əsas tezisləri TDT-nin Nizamnaməsində də öz əksini tapacaq və beləliklə, real birlik hüquqi öhdəliyə çevriləcəkdir.

2. Yalnız ildə bir dəfə dövlət başçılarının rəsmi Zirvə görüşünün yetərli olmadığını nəzərə alan İlham Əliyev dövlət başçılarının sıx təmasını təmin etmək və nəzərdə tutulan planların icrasını sürətləndirmək məqsədilə 6 aydan bir olmaqla dövlət başçılarının qeyri-rəsmi Zirvə Toplantısı institutunu yaradılmasına nail oldu.

3. İlham Əliyevin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatında iqtisadi inteqrasiyanı və etibarlı əməkdaşlığın qurulması üçün işlək mexanizmlər yaradıldı, birgə investisiya fondları təsis edildi.

4. İlham Əliyev Türk dünyasının SSRİ tərəfindən qoparılmış coğrafi bağını, Mərkəzi Asiya- Xəzər- Azərbaycan- Türkiyəni, yəni Türk dünyasının birləşdirən kommunikasiya xətlərinin bərpasını, Zəngəzur dəhlizini geosiyasi və geoiqtisadi reallığa çevirdi.

5. İlham Əliyev müdafiə və təhlükəsizlik sahəsində konkret layihələrlə çıxış etdi, TDT ordularının birgə təlimlər keçirməsinə, təcrübə mübadiləsinə nail oldu. Bütün bunları isə TDT-nin gələcəkdə hərbi blok kimi çıxış etməsinə gedən yolun başlanğıcı hesab etmək olar.

6. İlham Əliyev Türk dünyasının ideoloji və informasiya təhlükəsizliyinin təmin olunması üçün yeni və işlək platformalar yaratdı.

7. “Bizim ailəmiz Türk dünyasıdır və başqa ailəmiz yoxdur” kimi birləşdirici məfkurənin müəllifi olan İlham Əliyev Türk dünyasının milli özünüdərk prosesinə yeni nəfəs verdi, Türk dünyasının mənəvi-ideoloji əsaslarını gücləndirən, mədəni inteqrasiyasını, bir-birini daha yaxından tanımasını və ortaq dəyərlərin inkişafını təmin edən layihələrin icrasına nail oldu.

8. TDT hökumətlər, parlamentlər, təhlükəsizlik strukturları, dini institutlar, biznes dairələri, gənclər və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq mexanizmləri yaratdı.

Mən əminəm ki, təməlləri atılan bütün bu institutlar və mexanizmlər gələcəkdə mütləq və mütləq öz bəhrəsini verəcəkdir. İlham Əliyev faktiki olaraq Avropa İttifaqı modelinin bütün müsbət və işlək tərəflərini Türk İttifaqının quruculuğuna tətbiq edir. Lakin Türk İttifaqının Avropa İttifaqından iki və qalıcı üstünlüyü var. Biri odur ki, Avropa İttifaqından fərqli olaraq Türk İttifaqı ortaq mədəniyyətə, vahid etnik kökə və birgə tarixi keçmişə əsaslanır. İkincisi isə Avropa İttifaqından fərqli olaraq Türk İttifaqına daxil olan ölkələrin əhalisi gənc və enerjilidir, bu İttifaq rəqabətə deyil, birlik və bərabərliyə söykənir.

Qalır TDT-də güclü iqtisadiyyat, rəqəmsal sənaye, birgə ordu quruculuğunu uğurla davam etdirmək, sarsılmaz birliyimizi sona qədər qorumaq və məqsədyönlü ixtilafların yer almasına imkan verməmək!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Sentyabr 2026 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see497

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see380

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see373

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see366

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see343

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see340

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see296

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see278

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see262

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see249

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see246

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see244

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see241

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see233

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see229

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see225

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see218

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see211

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see191

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri