İlham Əliyev: Azərbaycan çayını Azərbaycan həbsxanalarında içirlər
Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən VII Zirvə Toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, 2023-cü ilin sentyabrında Azərbaycan əsgərinin dəmir yumruğu yenidən öz sözünü dedi: “Bir sutkadan az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu darmadağın edildi, separatçıların liderləri, uşaq qatilləri isə Azərbaycan məhkəməsinə çıxarıldı. Bizi tanklarda gəlib Bakını işğal edəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını Azərbaycan həbsxanalarında içirlər, onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Bu məsələ qlobal əhəmiyyət daşıyır, buna görə də bunun üstündə dayandım. Əgər işğal, soyqırımı və etnik təmizləməyə görə Ermənistana vaxtında sanksiyalar tətbiq edilsəydi, Azərbaycan döyüş meydanında erməni faşizminin belini qırmağa məcbur qalmazdı. Müharibə bizim seçimimiz olmayıb, bizi müharibəyə Ermənistan məcbur edib. Onların arxasında dayanan havadarları isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər. Amma onların hamısı yanıldı. Yəqin onlar bizim qürurlu, azadlıqsevər, adət-ənənələrimiz və əxlaqi dəyərlərimizlə yaşayan xalqımızın xasiyyətini yaxşı tanımırdılar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Oktyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















