İlham Əliyev bu quruma yeni səlahiyyət VERDİ
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" ölkə Prezidentinin 19 iyun 2001-ci il tarixli fərmanında dəyişiklik edib.
Redaktor.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra iqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə ilə bağlı öz səlahiyyətləri çərçivəsində binaların, o cümlədən yaşayış yerlərinin, hasarlanmış tikinti obyektlərinin, qurğuların, torpaq sahələrinin, nəqliyyat vasitələrinin və digər obyektlərin müşahidəsini İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə yanaşı Dövlət Gömrük Komitəsi də həyata keçirəcək.
Baxış sayı:136
Bu xəbər 20 Aprel 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















