Icma.az
close
up
RU
İlham Əliyev bununla Fransa siyasətçilərinə elitar davranış nümayiş etdirdi (ŞƏRH)

İlham Əliyev bununla Fransa siyasətçilərinə elitar davranış nümayiş etdirdi (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

"Prezident İlham Əliyevin diplomatik məharəti, qətiyyətli, uzaqgörən xarici siyasəti nəhayət Emmanuel Makronu da tərksilah etdi".

Bunu Qaynarinfo-ya açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Bakı ilə Paris arasında anlaşılmazlığa səbəb olan məsələlərin artıq keçmişdə qaldığı barədə Prezident İlham Əliyevin Fransanın Azərbaycanda yeni səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən söylədiyi fikirləri şərh edərkən deyib. 

Partiya sədri bildirib ki, Azərbaycana qarşı aqresiv mövqe nümayiş etdirən, 44 günlük Vətən müharibəsində BMT Təhlükəsizlik Şurasında Azərbaycanı cəzalandırmaq məqsədilə atdığı uğursuz və avantürüst addımların yanlış olduğunu anlayan Paris siyasətində dəyişiklik etməyə vadar oldu:

"Ölkəmizin qətiyyətli addımları, Azərbaycanın dünyada hörmət və nüfuzunun artması, Prezident İlham Əliyevin bütün üstün lider keyfiyyətlərini daşıması, hətta Tramp və Putin səviyyəsində dövlət başçımızın şəxsiyyətinə verilən yüksək dəyər, böyük hörmət göstərilməsi nəhayət Makronu da ayıltmalı idi".


Həmsöhbətimizin fikrincə, Makron əvvəlki hərəkətlərindən peşman olub: 

"Danimarkada keçirilən son görüşdə Makronun İlham Əliyevə qarşı sərgilədiyi isti münasibət və Prezidentimizin də diplomatik olaraq onun bu davranışına normal münasibəti məndə böyük qürur hissi doğurdu. Prezidentimizlə fəxr edirik. O, Azərbaycanın reytinqini yüksək səviyyəyə qaldırıb. Aparıcı dünya dövlətləri başçılarının birmənalı olaraq İlham Əliyevə yüksək rəğbəti, onu dünya səviyyəli lider kimi qarşılamaları Makronu yalqız qoydu. Ona görə də son görüş zamanı Makronun bu davranışını Azərbaycan Prezidenti normal qarşıladı. Bununla həm də Makrona, Fransanın digər siyasətçilərinə elitar bir davranış nümayiş etdirdi və mesaj göndərdi".

Fəzail Ağamalı ümid edir ki, Fransa bundan sonra Azərbaycana qarşı hər hansı bir problem yaratmaq cəhdi etməyəcək.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Fransanın ölkəmizə yeni təyin olunan səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən Bakı ilə Paris arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını bildirib. 

İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq məhz həmin görüşün nəticəsində ölkələr arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını deyib. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlət başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub. 

Rüfət Sultan


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:228
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri