Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Prezident İlham Əliyev prinsipiallığını, qətiyyətini bir daha nümayiş etdirdi

Prezident İlham Əliyev prinsipiallığını, qətiyyətini bir daha nümayiş etdirdi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni il ərəfəsində müşahidə edilən bayram ab-havası, təəssüf ki, faciəli hadisənin kölgəsində qaldı - AZAL Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Bakı-Qroznı marşrutu ilə uçarkən qəzaya uğradı. Qəzanın ilkin səbəbləri məlumdur - təyyarə Rusiya hava məkanında olan zaman kənar müdaxiləyə məruz qaldı, digər hava limanlarına eniş etməsinə imkan verilmədi və naviqasiya xidmətlərindən məhrum edilən hava gəmisi Xəzər dənizi üzərindən uçaraq Aktau yaxınlığında qəza enişi etməyə məcbur qaldı. Bu faciə hər birimizi sarsıtdı, çünki qəzada insanlar həyatlarını itirmişdilər. Amma hamını daha çox sarsıdan və hətta qəzəbləndirən məqam bu oldu ku, ciddi zərər alan təyyarənin digər hava limanlarına enişinə icazə verilmədi. Halbuki həmin ərazidə yetərli sayda eniş zolaqları vardı. 


Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, təyyarə qəzası xəbərini  Prezident İlham Əliyevi MDB-nin ənənəvi olaraq hər ilin sonunda keçirilən qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa gedərkən alıb və dərhal  vətənə qayıdıb. Hələ havada ikən müvafiq tapşırıqlar verən ölkəmizin başçısı qəzanın səbəblərini araşdırmaq üçün Baş nazirin rəhbərliyi ilə komissiya yaradılması, Azərbaycan nümayəndələrindən ibarət nümayəndə heyətinin Aktauya ezamı, ora azərbaycanlı həkimlərdən ibarət briqadaların göndərilməsi barədə göstəriş verdi. Bundan sonra Bakı hava limanında  Prezident İlham Əliyev hadisə ilə bağlı dərhal müşavirə keçirdi. 

Heç kimə sirr deyil ki, yerli aviaşirkətimizin pilotları təkcə postsovet məkanında deyil, bütün dünyada ən peşəkarlardan sayılırlar. Azərbaycanın mülki aviasiya donanması isə müasir və tam texniki xidmətə yararlı təyyarələrlə təmsil olunur. Qəzaya uğrayan təyyarədən hamımızın ruhumuzda ağrı, bədənimizdə inanılmaz titrəyişlərlə izlədiyimiz ayrı video kadrları təyyarənin bütün heyətinin nə qədər insanlıq, peşəkarlıq nümayiş etdirdiyini göstərdi! 

Dövlət televiziyasına müsahibəsində Prezident İlham Əliyev pilotların və bütün ekipajın böyük qəhrəmanlıq göstərdiyini vurğuladı. İdarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə etdiklərini xüsusilə vurğulayan dövlət başçısı əlavə etdi ki,  qəza enişindən sağ çıxa bilməyəcəklərini gözəl anlayan pilotlar sərnişinləri xilas etmək üçün maksimum böyük qəhrəmanlıq göstərdilər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar oldu. Prezident İlham Əliyev müsahibəsində pilotların və ekipaj üzvlərinin xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndiriləcəyini vurğuladı və çox qısa müddətdən sonra həlak olmuş iki pilot və bələdçi Milli Qəhrəman adına, qəzada sağ qalmış iki bələdçi isə  “Rəşadət” ordeninə layiq görüldülər. 

İstintaqın nəticələri hələlik açıqlanmasa da, şahidlərin ifadələri, təyyarənin gövdəsinin qalıqları üzərindəki izlər, qəza zamanı onun salonunda olan bəzi sərnişinlərin çəkdiyi videolar, eləcə də araşdırmanın ilkin nəticələri təyyarənin qəzaya uğradığını təsdiqləyir. Təyyarəmiz Qroznı üzərində Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuşdu və sistem təyyarənin rabitə elektron mübarizə (REM) tərəfindən tamamilə iflic olunmuşdu. Bunlar artıq danılmaz faktlardır. İndi Azərbaycan ədalətli qərar gözləyir. 

Prezident İlham Əliyev dövlət televiziyasına müsahibəsində birmənalı şəkildə diqqətə çatdırdı ki, Rusiya tərəfi Azərbaycandan üzr istəməli və öz günahını etiraf etməlidir. Bundan başqa, Azərbaycan günahkarların cəzalandırmasını gözləyir, eyni zamanda, Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Dövlət başçısı Azərbaycanın tələblərinin fövqəladə olmadığını, onların beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslandığını diqqətə çatdırdı. 
Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyev dövlət televiziyasına verdiyi müsahibəsində ölkəmizin mövqeyini aydın şəkildə qeyd etməklə prinsipiallığını, qətiyyətini bir daha nümayiş etdirdi. Azərbaycan lideri sübut etdi ki, milli maraqlar, vətəndaş sevgisi onun yürütdüyü siyasətin əsas prinsipidir. Məhz bu baxımdan hər zaman vətəndaşın yanında dayanan, vətəndaşı düşünən Prezident İlham Əliyevə milyonların sevgisi təsadüfi deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Yanvar 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see634

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see309

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see296

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see284

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see280

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see261

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see260

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see256

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see255

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see252

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see244

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see236

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see211

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see210

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see209

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see204

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see199

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see196

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri