Icma.az
close
up
RU
Azərbaycan Türkiyə qardaşlığı həm sözdə, həm də əməldə özünü göstərir AÇIQLAMA

Azərbaycan Türkiyə qardaşlığı həm sözdə, həm də əməldə özünü göstərir AÇIQLAMA

Icma.az, Manset portalına istinadən məlumat verir.

"Bütövlükdə Türk dünyası, təbii ki, parçalanmış vəziyyətə məntiqli şəkildə salındı. Azərbaycan Cümhuriyyəti süqut etdikdən sonra və cümhuriyyət yaradıldıqda, elə onun əsası qoyulmuşdur. İrəvanın cümhuriyyəti İdarəçiləri tərəfindən Ermənistana verilməsindən sonra Ermənistan Respublikası yaradılır və ona paytaxt kimi təyin edilir. Şübhəsiz ki, bu proses sonradan özünü göstərdi. Azərbaycan SSR-dən Ermənistan SSR-ə Cənub-Şərq torpaqlarının verilməsi. Bundan sonra Atatürkün tarix qarşısındakı böyük xidmətlərindən biri kimi Naxçıvanla Türkiyənin əlaqəsinin qorunub saxlanılması təmin edildi. Bu, sonraki tarixli proseslərdə  işıq ucu yaratmış oldu".

Bu sözləri Manset.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzininin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.

O, bildirib ki, türk dünyasının birliyi, vahidliyi, böyük bir güc mərkəzi kimi meydana çıxması bölgədəki geostrateji güc münasibətlərini dəyişdirə bilərdi:

"Bu hətta 100 il əvvəl məlum olan bir həqiqət idi. Çünki Orta Qafqaz və Orta Asiya coğrafi zonasına baxdıqda, o cümlədən Anadoluya qədər bütün bu coğrafiyalarda  Cənublu, Şimallı, Şərqli və Qərbli türk əsilli xalqlar yaşayır. Ona görə də onların sahib olduğu dövlətlərində tarix səhnəsindən silinməsinə çalışdılar. Xüsusən Türkiyə ilə Azərbaycanın münasibətlərinin kəsilməsi, Azərbaycan ilə Naxçıvanın əlaqələrinin kəsilməsi həmin bu siyasətin nəticəsində mümkün oldu.

Naxçıvan o dönəmdə, ümumiyyətlə, SSRİ dönəmində, hətta 1919-cu ildə belə işğalı mövzusu olub. SSRİ dönəmi daxil olmaqla, üstəlik Qarabağ müharibəsi başlayanda üç mərhələnin üçünü də Azərbaycan tərəfi dəf etdi. Sonuncu mərhələdə isə əlbəttə ki, ümumilli liderin rəhbərliyi ilə qorunub saxlanıldı. Bu savaş həm də Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması uğrunda bir mübarizə idi ki, nəticədə Azərbaycanın qorunması mümkün oldu".

Əziz Əlibəyli qeyd edib ki, bu gün həmin siyasətin nəticələrinin aradan qaldırılması ilə bağlı önəmli bir mərhələyə gəlib çıxmışıq.

"Azərbaycanın regional güc kimi meydana çıxması, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi qələbələrin siyasi istiqamətlərdə inkişafına mühüm diqqət yetirildi. Ermənistan məğlub olduqdan sonra bölgədəki reallıqlar dəyişdi. Hətta dünyadakı reallıqlar da dəyişdi. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər, İğdır-Naxçıvan qaz kəmərinin inşası, bu bölgənin enerji təhlükəsizliyinin təmin olunması gələcək planlarımıza işıq salır. Biz növbəti hədəf kimi son yüz ilin səhvlərinin aradan qaldırılmasına yönəlmiş xarici siyasət yürüdürük. Bu istiqamətdə beynəlxalq logistikanın bu yoldan keçməsi üçün də xarici siyasətimizi ona uyğunlaşdırırıq.

Bu söhbət təbii ki, Zəngəzur Dəhlizindən gedir. O da bizim əsas ana planlarımızdan biridir. Zaman göstərir ki, böyük ölçüdə Azərbaycan-Türkiyə birliyi, qardaşlığı həm sözdə, həm də əməldə özünü göstərir. Bu birlik cənab prezidentin çıxışında mühüm tezis kimi ön plana çıxdı. Əlbəttə ki, cənab prezidentin ölkə siyasətinin kökündə həm də ölkəni qlobal liderliyə aparmaq dayanır. Türk Dövlətləri Təşkilatının Naxçıvanda oldu.  Həmin dövrdə böyük bir test konfransı keçirildi və türk ölkələri təşkilatının qurulması, türk dövlətləri təşkilatının, türk birliyinin inşa olunması müzakirə olundu.

Bu gün gəldiyimiz nöqtə üçüncü bir dünya gücünün inşasına söykənən xarici siyasət xəttidir. Təbii ki, bu xarici siyasət xəttinin önəmli halqalarından biri də Naxçıvandır.

Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun zirvə nöqtəsini Zəngəzur dəhlizi təşkil edir. Ən azından ona görə ki, Zəngəzur dəlizin işə düşməsi, amiliyi, tam şəkildə fəaliyyətə başlaması Azərbaycanla Türkiyənin fiziki mənada birləşdirir və bu iki dövlətin birləşməsi anlamına gəlir. Amma ən vacibi Zəngəzur dəhlizli türk dünyasını birləştirən bir dəhlizə, amilə çevrilir. 

Bu, həm də bizim tarix torpaqlarımıza Büyük Qaydışın vacib ünsürlərindən elinə çevrilir. Söhbət təkcə tanklarla, toplarla qayıdışdan getmir. Coğrafiyanın dörd bir tərəfində etnik azərbaycanlılar yaşayır. Onlar öz dədəbaba torpaqlarına qayıtmalıdır. Bu, tarixin hökmüdür. Bu, Beynəlxalq hüququnun hökmüdür. Vətən müharibəsini qazanmış Azərbaycanın zəfərinin hökmüdür. Əlbəttə ki, keç-tez kəmiyyət keyfiyyətə çevrilməlidir".

Seyranə Quliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 07 Mart 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri