İlham Əliyev görüş keçirdi FOTO
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləri məmnunluqla xatırlandı, ölkələrimiz arasında münasibətlərin genişlənməsi qeyd edildi, müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olundu.
Jelka Tsviyanoviç ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunda bir neçə dəfə iştirak etdiyini bildirdi.
Görüşdə XIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunuldu, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edildi. Forumda həmişə olduğu kimi bu dəfə də, xüsusilə dünyada hazırkı vəziyyət fonunda çox aktual qlobal məsələlərin müzakirə edildiyi vurğulandı.
Baxış sayı:54
Bu xəbər 12 Mart 2026 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















