İlham Əliyev: “Həmişə Faiq Qarayevdən soruşuram ki, ikinci Alla nə zaman olacaq?“ VİDEO
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan tədbirdə iştirak edib.
Moderator.az xəbər verir ki, tədbirdən sonra ölkə başçısı milli komandanın baş məşqçisi Faiq Qarayev və sabiq oyunçusu Alla Həsənova ilə səmimi söhbət edib.
Tədbir iştirakçıları arasında A.Həsənovanı görən İlham Əliyev deyib:
"Mən həmişə ondan (Faiq Qarayevdən - red.) soruşuram ki, ikinci Alla, ikinci Zema (Zemfira Meftahətdinova - red.) nə zaman olacaq?"
A.Həsənova prezidentə: "Olacaq, bunun üzərində işləyirik", - deyə cavab verib.
Milli komandanın baş məşqçisi F.Qarayev isə əlavə edib:
"Belə gənclər çoxdur".
Prezidentin "Rayonlarda hansısa seleksiya aparırsınız?" sualının cavabında F.Qarayev bildirib:
"Bəli, bizim hətta çox böyük klub komandalarımız var".
Alla Həsənova isə Azərbaycanın voleybolçu qızlarının gələn il keçiriləcək Avropa Liqası oyunlarında uğurla çıxış edəcəklərinə inandığını deyib. O, hazırda Rusiyanın "Leninqradka" komandasının tərkibində çıxış edən Yelizaveta Rubanı Azərbaycan Prezidentinə təqdim edib:
"O bizdə əsas oyunçudur. İndi "Leninqradka"dadır, Rusiyada. Amma bizim yığmadadır".
Azərbaycan milli yığmasının baş məşqçisi F.Qarayev də öz növbəsində bildirib: "Gələn il üçün hamı qayıdacaq".
Azərbaycanın dövlət başçısı isə bunun voleybol epopeyası üçün yaxşı davranış olduğunu bildirib və qeyd edib ki, işləri çox olsa da, daim yığma komandamızın uğurlarını izləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Dekabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















