İlham Əliyev: Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vətən müharibəsi dövründə torpaq mənim üçün hər azad edilmiş kəndin timsalında, necə deyərlər, ortaya çıxırdı və hər bir şəhidin şəhid olduğu yer mənim üçün torpaq idi. Hər gün itkilərlə bağlı məlumat alanda hansı hissləri keçirirdim, bunu sözlə demək mümkün deyil.
BAKU.WS xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bir neçə dəfə əməliyyatın istiqamətinin dəyişdirilməsinin, müharibənin noyabrın 10-da dayandırılmasının mümkün itkilərin qarşısının alınması ilə bağlı olduğunu qeyd edərək bildirib: "Hər dəfə bayrağımız bir kəndə, şəhərə sancılanda, mənim üçün Azərbaycan məhz o torpaq idi".
Doğma torpaqlarımızın qorunması üçün daim hazır olmağın vacibliyini ifadə edən Prezident İlham Əliyev vurğulayıb: "Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 06 Yanvar 2026 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















