Icma.az
close
up
RU
İlham Əliyev Qətər əmirini təbrik etdi

İlham Əliyev Qətər əmirini təbrik etdi

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə məktub yollayıb.
Demokrat.az xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Qətər dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, dövlətlərarası münasibətlərimiz, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə uğurla davam edəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qətər xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri