Icma.az
close
up
RU
İlham Əliyev Türkiyə Azərbaycanla bağlı mühüm sənədi təsdiqlədi FOTOLAR

İlham Əliyev Türkiyə Azərbaycanla bağlı mühüm sənədi təsdiqlədi FOTOLAR

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Bakı və Ankara arasında təbii qaz sahəsində əməkdaşlığa dair saziş Türkiyədə qüvvəyə minib.

Gununsesi.info Teleqraf a istinadən xəbər verir ki, sənəd “Resmi gazete”də dərc olunub.

“Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi” dərc olunduğu gündən qüvvəyə minib.

Türkiyə tərəfdən sənədlə bağlı müddəaların yerinə yetirilməsi Prezident Rəcəb Tayyib Ərdoğanın səlahiyyətindədir.

Türkiyə Böyük Millət Məclisi fevralın 26-da sazişi təsdiqləyib.

Bakı və Ankaranın Avropanın enerji təhlükəsizliyindəki rolu

Sazişə əsasən, tərəflər Azərbaycan və Türkiyə arasında enerji sahəsində uğurlu əməkdaşlığı təsdiq edirlər və bu əməkdaşlığı genişləndirmək istəyirlər.

Rəsmi Bakı və Ankara enerji təhlükəsizliyinin təmin edilməsində bir-birinin və Avropa ölkələrinə eneıji təchizatı mənbələrinin şaxələndirilməsində Azərbaycan və Türkiyənin mühüm rolunu təsdiq edirlər.

Tərəflər Trans-Anadolu Təbii Qaz Boru Kəməri Sistemi (“TANAP”), Bakı-Tbilisi- Ceyhan Əsas İxrac Xam Neft Boru Kəməri, Bakı-Tbilisi-Ərzurum Qaz Boru Kəməri və “Şahdəniz” yatağının 1-ci və 2-ci mərhələsindən təbii qazın alqı-satqısı üzrə uğurlu əməkdaşlığı vurğulayırlar.

Sənədə əsasən, Azərbaycan və Türkiyə təbii qaz sahəsində inteqrasiya olunmuş əməkdaşlığın və hasilatçı, nəql edən və istehlakçı ölkələr arasında dialoqun qarşılıqlı faydalarını, bu əməkdaşlığın hər iki ölkə və onların vətəndaşları və müəssisələrinə verəcəyi faydanı təsdiq edirlər.

Sazişin əhatə dairəsi

Rəsmi Bakı və Ankara Azərbaycandan və üçüncü ölkələrdən öz əraziləri vasitəsilə təbii qazın alqı-satqısı, çatdırılması, mübadiləsi və tranziti ilə bağlı əməkdaşlığı genişləndirmək niyyətindədirlər.

Tərəflər Azərbaycandan Türkiyəyə və (və ya) Türkiyə vasitəsilə üçüncü ölkələrə çatdırılacaq mövcud həcmlərdən əlavə təbii qazın ümumi həcminin ən azı 40%-nin “Azərbaycan Qaz Təchizatı Şirkəti” və “BOTAŞ” arasında 2011-ci il 25 oktyabr tarixli “Təbiiqazın alqı-satqısı Müqaviləsi” ilə eyni kommersiya qayda və şərtləri əsasında BOTAŞ-a təklif edilməsini (“40-60 prinsipi”) təmin edəcəklər.

Hər iki ölkə öz milli neft-qaz şirkətləri SOCAR və BOTAŞ vasitəsilə aşağıdakı müddəalarla bağlı əməkdaşlıq etməyə və onları bu saziş ilə müəyyən edilmiş prinsiplər və şərtlərə əsasən həyata keçirməyə razılaşırlar.

– BOTAŞ-ın “Şahdəniz” layihəsindən satın aldığı həcmlərdən SOCAR-ın Türkiyədə fəaliyyət göstərən törəmə müəssisələrinə təbii qazı ardıcıl əsasda təchiz etməsi (“Ardıcıl alqı-satqı müqaviləsi”).

– BOTAŞ-a məxsus təbii qazın Türkmənistandan İran, Azərbaycan və (və ya) Gürcüstan ərazisi vasitəsilə Türkiyəyə çatdırılması (“Türkmənistan qazının tranziti”).

– İğdır-Naxçıvan kəməri vasitəsilə Naxçıvana təbii qazın təchizatı (“Naxçıvana təchizat”).

Sazişə əsasən, SOCAR və BOTAŞ-ın “40-60 prinsipi” əsasında qaz alqı-satqısı müqaviləsi bağlamalarını təmin edirlər.

Alqı-satqı müqaviləsi

Sazişə əsasən, BOTAŞ “Şahdəniz” layihəsindən aldığı təbii qazdan 2025-2028-ci illər ərzində illik 1.7 milyard kubmetrədək təbii qazın SOCAR-ın Türkiyədəki törəmə müəssisəsinə çatdırır.

Hər çatdırma ili üzrə SOCAR-ın törəmə müəssisəsi üçün təbii qazın illik müqavilə həcmlərinin 1,1 milyard kubmetri TANAP çatdırılma məntəqəsində, yerdə qalan 0,6 milyard kubmetr qaz həcmi ya TANAP çatdırılma məntəqəsində, ya da texniki imkanlardan asılı olaraq Türkgözü çatdırılma məntəqəsində çatdırılır və bu, SOCAR və BOTAŞ-ın qarşılıqlı razılığı əsasında müəyyən edilir.

BOTAŞ-ın çatdıracağı təbii qaz həcmləri üçün qiymət BOTAŞ-ın “Şahdəniz” layihəsindən aldığı təbii qazın qiymətinin və BOTAŞ-ın müvafiq giriş məntəqələrindən həcmlərin çatdırılması ilə bağlı yaranan hər hansı aidiyyəti daşınma xərclərinin cəminə mütənasib olur.

Əlavə qayda və şərtlər BOTAŞ və SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi arasında 2025-2028-ci illər üçün imzalanacaq müqavilələrlə müəyyən edilir.

Türkmənistan qazının tranziti

Sazişə əsasən, rəsmi Bakı və Ankara razılaşırlar ki, BOTAŞ və SOCAR, SOCAR-ın BOTAŞ tərəfindən Türkmənistandan alınan və BOTAŞ-a Türkgözü çatdırılma məntəqəsində yenidən çatdırılacaq təbii qazın Azərbaycan Respublikasının və Gürcüstanın ərazisi vasitəsilə tranzitini 2026-cı ilin sonunadək təmin etməsi barədə saziş bağlayacaqlar.

Naxçıvanın təbii qazla təchizatı sahəsində tarixi hadisə

Sənədə əsasən, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin dəstəklənməsi məqsədilə, SOCAR (və ya Azərbaycan Hökuməti tərəfindən səlahiyyət verilmiş digər müvafiq qurumlar) və BOTAŞ (və (və ya) onun müvafiq törəmə müəssisəsi) Türkgözü çatdırılma məntəqəsi və (və ya) Eskişehir çatdırılma məntəqəsi (çatdırılma məntəqəsi SOCAR-ın seçimindən asılıdır) vasitəsilə BOTAŞ-ın operatoru olduğu Türkiyə təbii qazötürücü sistemi və Naxçıvan Muxtar Respublikası istiqamətində İğdır-Naxçıvan kəməri vasitəsilə Azərbaycandan Naxçıvana təbii qazın təchizatı barədə saziş bağlayacaqlar.

Məntəqələr genişləndiriləcək

Sazişə əsasən, tərəflər Türkiyədən xaricə daha çox təbii qaz həcmlərinin axınını təmin etmək üçün Malkoçlar və Kipi çıxış məntəqələri ilə həmsərhəd olan üçüncü ölkələrdə təbii qazın ötürülməsi infrastrukturlarının genişləndirilməsinin təşviqinə və dəstəklənməsinə dair birgə səy göstərməyə razılaşırlar.

TANAP-ın genişləndirilməsi

Sənəddə yazılıb ki, Azərbaycan hökuməti CQBK-ni və potensial olaraq TANAP-ı genişləndirmək məqsədini və genişləndirilmiş ötürücülük qabiliyyətinin ən qısa müddətdə mövcud olması niyyətini ifadə edir.

Tərəflər, ötürücülük qabiliyyətinin nəzərdə tutulan genişlənməsinə nail olmaq məqsədilə müvafiq şirkətlər tərəfindən həyata keçiriləcək hər hansı fəaliyyətləri asanlaşdırmaq üçün əməkdaşlıq etməyə razılaşırlar.

Rollover qaz təchizatı müqaviləsindən sonrakı təchizat

Azərbaycan hökuməti Rollover qaz təchizatı müqaviləsinin müddətinin bitməsindən sonra Türkgözü çatdırılma məntəqəsində BOTAŞ-a 2028-ci ilin sonunadək eyni həcmlərdə təbii qazın təchizatını təmin edir.

Mübahisələrin həlli

Bildirib ki, bu sazişin təfsiri və ya tətbiqi zamanı yarana biləcək hər hansı mübahisələr Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə dostcasına həll edilir.

Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində əməkdaşlıq Sazişi” 2024-cü il mayın 24-də İstanbulda imzalanıb.

Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü il iyulun 8-də sazişi təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün – martın 5-də Türkiyəyə səfər edəcək.

Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında həyata keçirilir.

Ankarada Prezident Sarayında keçiriləcək görüşlərdə Türkiyə və Azərbaycan arasındakı qardaşlıq bağlarının daha da gücləndirilməsi üçün atıla biləcək addımlar, eləcə də aktual regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılması nəzərdə tutulur.

Səfər çərçivəsində, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı bağlantı ilə İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasiminə qatılacaqlar.

Kəmərin təməlini 25 sentyabr 2023-cü ildə dövlət başçıları birlikdə qoyublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Mart 2025 08:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see153

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri