İlham Əliyev Xəzərlə bağlı təklif irəli sürdü
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər sammitində dənizin dayazlaşması kontekstində dayazlaşmanın səbəblərini aşkar etmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlərin görülməsi məqsədilə xüsusi ekspert qruplarının yaradılmasını təklif etmişdim. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi.
"AzPolitika" xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər Ekoloji Sammitində çıxışı zamanı bildirib.
"Biz problemin ümumi müzakirəsindən əməkdaşlıq və qəbul edilmiş qərarların icrasına nəzarət üzrə daimi fəaliyyət göstərən mexanizmin yaradılmasına keçməliyik", - dövlət başçısı qeyd edib.
İlham Əliyev, ilk növbədə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə təsir göstərən bütün amillər kompleksinin müəyyən edilməsinin, eləcə də vəziyyətin gələcək inkişafının elmi cəhətdən obyektiv şəkildə qiymətləndirilməsinin vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 09 Oktyabr 2026 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















