Icma.az
close
up
RU
İlham Əliyevdən növbəti diplomatiya dərsi və ya Baydenlə Makronun gözündə qalan arzusu

İlham Əliyevdən növbəti diplomatiya dərsi və ya Baydenlə Makronun gözündə qalan arzusu

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan daha bir beynəlxalq tədbirə uğurla ev sahibliyi edir. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Dünən COP29-un  Liderlər Sammitinin açılış mərasimi oldu.

ABŞ və Fransa başda olmaqla, bəzi Qərb dairələri bu tədbirin baş tutmaması, boykot kampaniyasının başlanması üçün hər şeyi etdilər. Bu ölkələrin rəhbərlərinin tapşırığı ilə öz nəzarətlərində olan beynəlxalq media orqanlarında ən iyrənc metodlardan istifadə olundu, feyk xəbərlər yayıldı, QHT təmsilçiləri Azərbaycanı qaralamaq üçün dəridən-qabıqdan çıxdılar. Amma bu dəfə də alınmadı. Baydenlə Makronun  arzusu yenə gözlərində qaldı. Prezident İlham Əliyevin uğurlu siyasi gedişləri, yüksək diplomatik istedadı, dünyada olan böyük nüfuzu sayəsində COP29 gözlənildiyindən daha yüksək səviyyədə keçirilir.

Prezident İlham Əliyev həmin qüvvələrə dünən keçirlən Liderlər Sammitindəki çıxışında növbəti diplomatiya dərsi verdi: “Mənim sonuncu mesajım təxminən bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”

Dövlət başçısının səsləndirdiyi rəqəmlərdən aydın olur ki, bir neçə dövlət istisna olmaqla, digər dünya ölkələrinin təmsilçiləri COP29-da iştirak edir. Bu, Azərbaycanın böyük uğuru, Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsidir.

Ölkə rəhbərimizin Liderlər Sammitindəki çıxışında verdiyi mesajlar onun cəsarətli dövlət başçısı, müdrik lider və uzaqgörən siyasətçi olduğunu bir daha təsdiqlədi: “Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır.

Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik.

Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir”.

Prezident ölkələrə qiymətin başqa meyarlara görə verilməli olduğunu diqqətə çatdırdı: “Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Yaşıl gündəliyimizə gəldikdə, mən planlarımızı artıq təsvir etdim. Ölkələr öz xarici borcunu necə idarə edirlər? Azərbaycanın xarici borcu ÜDM-in cəmi 7,5 faizini təşkil edir”.

Dövlətimizin başçısının çıxışında səsləndirdiyi bu fikirlər bəzi Qərb dairlərinin ölkəmizə qarşı qərəzinin hansı səviyyədə olduğunu göstərir. “Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil. Mən bir neçə ay bundan əvvəl söylədim: indi mənə hücum çəkmək istəyənlərin hamısı, – mən beynəlxalq medianı nəzərdə tuturam, – mənim yalnız Tanrının bəxş etdiyi hədiyyə sözlərimə iqtibas edirlər”.

Bütün bunlar onu göstərir ki, Baydenlə Makronun yönləndirdiyi Qərb siyasi mərkəzlərinə görə Azərbaycanı qaralamaq üçün hər şey mübahdır. Onlar üçün fərqi yoxdur: bu, Tanrının bizə bəxş etdiyi hədiyyədir, yaxud özlərinin tətbiq etdiyi dünya nizamına ziddir. Özləri də yaxşı bilirlər ki, biz nə Tanrının yaratdığını, nə də mövcud dünya nizamını dəyişdirə bilərik. Mövcud reallıqlara zidd olmasına baxmayaraq, onların bir məqsədi var: bu regionda Azərbaycan kimi güclü, müstəqil siyasət yürüdən dövlət olmamalıdır. Çünki sükanı böyük dövlət xadimi İlham Əliyevin əlində olan Azərbaycanı onlar istədiyi kimi yönləndirə bilmirlər. Bu siyasi mərkəzlərin məqsədi yaşıl dünya, Azərbaycanın neft-qaz istehsal etməməsi deyil. Məqsəd Azərbaycanın sərvətlərinin onlara xidmət etməsidir.

Prezident İlham Əliyev Liderlər Sammitindəki çıxışında diplomatik dillə onların əsl niyyətini və məqsədini də açıqladı: “İki il əvvəl Azərbaycan və Avropa Komissiyası enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsinə imza atdılar. Lakin bu, bizim ideyamız deyildi. Bu, Avropa Komissiyasının təklifi idi. Avropa Komissiyasının sədri bu sənədi imzalamaq üçün iki il öncə Bakıya gəldi, çünki geosiyasi vəziyyətin dəyişməsi səbəbindən onlara bizim qaz lazım idi. Onlar bizdən yardım xahiş etdilər. Biz razılaşdıq. Əgər yardımımıza ehtiyac varsa, biz hər zaman kömək etməyə hazırıq. Dedik, yaxşı, biz enerji təhlükəsizliyində Avropaya kömək edəcəyik. İki il əvvəl həmin bəyannaməni imzalayanda qazımızı alan ölkələrin, yəni Avropa ölkələrinin sayı iki idi. İndi isə səkkiz ölkə alır. Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.

Avropa Komissiyası sədrinin qaz istəmək üçün Bakıya gəlməsinin, COP29-da isə iştirak etməməsinin bir adı var – siyasi riyakarlıq. Avropa ölkələrini qazla təchiz etmək üçün Bakıda bəyyanamə imzalayanda Ursula fon der Lyayenin “yaşıl dünya” yadına düşmürdü. Bu gün isə onlar Azərbaycanı neft-qaz hasil etdiyinə, bizim ölkəmizi Tanrının hədiyyəsinə görə ittiham edirlər.

Bəs nəticə? Azərbaycan yenə 1-0 öndədir. Budur, artıq bütün dünya Bakıya toplaşıb. COP29-da qəbul edilən qərarlarla Azərbaycan yaşıl dünyanın qurulmasına öz töhfəsini verəcək.

Bu beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsi, dünya liderlərinin Bakıya gəlməsi daxildəki və xaricdəki sapı özümüzdən olan baltaların, bəzi siyasətçilərin də “proqnozlarını” alt-üst etdi. Bu, eyni zamanda müxtəlif beynəlxalq təşkilatlarda fəal iş aparan, Qoşulmama Hərəkatına uğurla rəhbərlik edən Azərbaycan dövlətinin atdığı addımların nə qədər doğru, hüquqları pozulan, müstəqilliyini əldə etməyə çalışan xalqlara dövlətimizin verdiyi dəstəyin nə qədər önəmli olduğunu da göstərdi. COP29-un bu səviyyədə keçirilməsi “bunlar Azərbaycanın nəyinə lazımdır?” deyənlərə də ən yaxşı cavabdır. Prezident İlham Əliyev bir daha sübut etdi ki, nəyi, necə, nə vaxt etmək lazımdır, bunu ən yaxşı O bilir.

@TNS

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2024 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri