İlham Əliyevdən Pezeşkiana: Xalqlarımız çətin günlərdə daim bir yerdə olacaqlar”
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prezident İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib.
Modern.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin sosial şəbəkə hesabında fars dilində paylaşım edilib.
Paylaşımda deyilir:
“İran İslam Respublikasının hörmətli Prezidenti, qardaşım cənab Məsud Pezeşkianın Azərbaycan xalqı və dövlətinin dəstəyinə görə təşəkkürü xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.
Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və bundan sonra da həm xoş, həm də çətin günlərdə daim bir yerdə olacaqlar”.
Qeyd edək ki, aprelin 2-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Ötən gün isə Məsud Pezeşkian "X" hesabında Prezident İlham Əliyev ilə söhbətində Azərbaycan hökumətinin və xalqının rəğbətini və dəstəyini yüksək qiymətləndirdiyini yazıb.
“Dost və qardaş xalqlar çətin anlarda bir-birini tapır və sivilizasiya kökləri nə qədər dərin olarsa, bu bağ bir o qədər güclü olar”, - Pezeşkian qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 04 Aprel 2026 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















