Icma.az
close
up
RU
İlham Əliyevin Çində xüsusi təmtəraqla qarşılamasının səbəbi barədə AÇIQLAMA

İlham Əliyevin Çində xüsusi təmtəraqla qarşılamasının səbəbi barədə AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı təşkil olunan təmtəraqlı qarşılanma mərasimi sosial şəbəkələrdə diqqət çəkib. Onun qarşılanması Rusiya Prezidenti Vladimir Putinin Çindəki qarşılaşma mərasimi ilə müqayisə olunub. Sosial şəbəkələrdə Putinin daha sadə şəraitdə qarşılandığını qeyd ediblər.

Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, bu müqayisə təsadüfi deyil:

"Çünki beynəlxalq siyasətdə rəmzlər və protokol jestləri çox önəmlidir. Çinin dövlət başçısının Ərdoğanı və İlham Əliyevi yüksək səviyyədə, xüsusi təmtəraqla qarşılaması iki səbəbdən qaynaqlanır: birinci səbəb ondan ibarətdir ki, həm Türkiyə, həm də Azərbaycan Çinin “Bir Kəmər, Bir Yol” layihəsində strateji mövqeyə sahibdir. İkinci səbəb isə bu ölkələrin regionda sabitləşdirici güc rolunu oynamasıdır. Ərdoğan Türkiyəni Orta Asiyada, Qafqazda və Yaxın Şərqdə əsas oyunçuya çevirmiş liderdir. Azərbaycan isə Zəngəzur dəhlizi və enerji xəritəsi ilə Avrasiya logistik sistemində kilid mövqedədir. Bunun fonunda Putinin qarşılanmasının rəsmi, amma daha soyuq olması da bir mesajdır".

Siyasi şərhçinin sözlərinə görə, Çin göstərmək istəyir ki, Moskva ilə tərəfdaşlıq vacib olsa da, gələcəyin yolları Ankaradan və Bakıdan keçir.

"Ərdoğan həm NATO üzvü, həm də ŞƏT dialoq tərəfdaşı kimi Çinə balanslı siyasət təqdim edir.
İlham Əliyev isə 44 günlük müharibədən sonra regionun qalib lideri və müstəqil siyasət yürüdən aktor kimi tanınır. Çin üçün vacibdir ki, etibarlı tərəfdaşları ilə görüntülər də həm rəmzi, həm də siyasi güc nümayişi kimi təqdim olunsun. Protokolda fərqlərin bu qədər aydın olması həm də Pekinin kimə daha çox önəm verdiyini göstərir. Azərbaycanın enerji resursları və Cənub Qaz Dəhlizi Çinin Avropa ilə əlaqələri üçün dolayısı mühüm əhəmiyyət daşıyır".

Müsahibimiz qeyd etdi ki, Türkiyə həm bazar, həm də geosiyasi qapı olaraq Pekin üçün xüsusi status qazanır.

"Məhz buna görə də İlham Əliyev və Ərdoğan üçün qırmızı xalçadan daha artıq simvolika sərgilənir. Bu yanaşma həm də Çinin Qərbə mesajıdır ki, onlar Qafqaz və Anadoluda etibarlı tərəfdaş tapıblar. Putin isə Ukrayna savaşı və Qərbin sanksiyaları fonunda Çinin öz maraqları üçün riskli tərəfdaşa çevrilib.
Nəticə etibarilə, İlham Əliyev və Ərdoğanın qarşılanması həm geosiyasi dəstək, həm də gələcəyə yönəlik strateji əməkdaşlıq jestidir. Bu jestlər isə beynəlxalq münasibətlərdə bəzən diplomatik sənədlərdən daha çox söz deyir", - deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Sentyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see343

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see339

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see335

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see300

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see292

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see290

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see287

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see277

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see276

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see267

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see262

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see221

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see218

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri