Icma.az
close
up
RU
İlham Əliyevin qlobal nüfuzunun daha bir təsdiqi TƏHLİL

İlham Əliyevin qlobal nüfuzunun daha bir təsdiqi TƏHLİL

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülüb. Mükafat Azərbaycan liderinin sülh siyasətinə görə verilib. Prezident İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”nın təqdimolunma mərasiminin iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyim səylərə görə “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülməyim ilə əlaqədar Gernika-Lumo və Pforshaym şəhər Şuralarına, Gernika Sülh Muzeyinə, Mədəniyyət evinə və “Gernika Qoqoratuz” Sülh Araşdırmaları Mərkəzinə dərin minnətdarlığımı ifadə edirəm.

Gernika faciəsinin tarixi yaddaşını yaşatmaq, sülh və barışıq proseslərində töhfəsi olan insanları tanıtmaq məqsədi daşıyan bu mötəbər mükafata layiq görülmək böyük şərəfdir. Bu mükafatın 26 aprel – Gernika qurbanlarının anım günündə təqdim olunması xüsusi rəmzi məna daşıyır. 89 il əvvəl Gernikada dinc əhaliyə qarşı törədilmiş amansız cinayət ötən əsrin ən dəhşətli və qanlı səhifələrdən biridir. Hesab edirəm ki, dinc insanlara qarşı istənilən cinayət bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlir. Gernika şəhərinin bu ağrı-acısını bölüşür, qurbanların əziz xatirəsini dərin ehtiramla yad edirəm.

Gernika şəhərinin tarixindən irəli gələn sülh və barışıq mesajı bütün xalqlar üçün mühüm əhəmiyyət kəsb edir. Müharibələrin acı nəticələrini yaşamış xalqların xatirəsi və təcrübəsi gələcək nəsillərin daha sabit və təhlükəsiz dünyada yaşaması üçün mühüm dərs olmalıdır.

30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı da sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir. Bu, bizim üçün yeni və qeyri-adi bir hissdir. Çünki müstəqilliyimizi bərpa edəndən bəri biz bu hissi yaşamamışdıq.

2025-ci ilin avqustunda Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanmış, eyni zamanda Birgə Bəyannamə imzalanmışdır. Bununla da üç onillik ərzində davam edən münaqişə tamamilə sona çatmış, xalqlarımız üçün sülhün, barışığın, qarşılıqlı tərəfdaşlıq dövrünün əsası qoyulmuşdur.

Hazırda Azərbaycan bu yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Biz eyni zamanda sülhü möhkəmləndirmək və onu əməli fəaliyyətə çevirmək üçün addımlar atırıq və artıq hər iki cəmiyyətimiz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Bu gün artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.

İki ölkə arasında etimad quruculuğu tədbirləri davamlı sülhün bərqərar olmasında mühüm rol oynayır. Dövlət səviyyəsində atılan addımlarla yanaşı, vətəndaş cəmiyyətinin nümayəndələri arasında mütəmadi görüşlər bu prosesə müsbət töhfəsini verir.

Azərbaycanın və Ermənistanın nümunəsi göstərir ki, uzunmüddətli münaqişəyə, iztirablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, güclü siyasi iradə və beynəlxalq dəstək mövcud olduqda sülh əldə etmək mümkündür.

Hörmətli dostlar,“Sülh və Barışıq üçün Gernika mükafatı” yalnız artıq əldə olunmuş nailiyyətlərin tanınması deyil, həm də beynəlxalq birliyin ortaq rifahı, sülh naminə atılacaq gələcək addımlar baxımından mühüm ruhlandırıcı stimul və məsuliyyətdir.

Bu mükafata görə bir daha təşəkkürümü ifadə edir, sülh, dialoq və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram”.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin qlobal nüfuzu növbəti dəfə beynəlxalq səviyyədə etiraf olunur. Xüsusən də, indiki gərgin qlobal situasiyada və müharibələrin ara vermədiyi dünyada sülh siyasətini yürüdən lider kimi tanınması son dərəcə əhəmiyyətlidir.

Bu yaxınlarda Azərbaycan lideri daha bir sülh mükafatına layiq görülmüşdü. Bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olunmuşdu. Tədbirdə bir sıra ölkələrin liderləri onun bu mükafata layiqli lider olduğunu etiraf etmişdi.

Bundan əvvəlki dövrlərdə də, Azərbaycan lideri müxtəlif beynəlxaq mükafatlara layiq görülüb. İlham Əliyev bir neçə dəfə beynəlxalq təşkilatlar tərəfindən “İlin adamı” elan olunub, ona müxtəlif ölkələrin ali mükafatları təqdim olunub, müxtəlif sorğularda lider seçilib. Bunlar onun siyasi, iqtisadi, humanitar və sair sahələrdəki fəaliyyətlərinə görə verilən mükafatlardır.

Azərbaycan Prezidentinin öz sülh siyasətinə görə müxtəlif beynəlxalq mükafatlara layiq görülməsi onun qlobal və regional sülhün əldə olunması, xalqların, ölkələrin dostluq və qarşılıqlı əməkdaşlıq şəraitində yaşamaları istiqamətində göstərdiyi yorulmaz səylərinin nətcəsidir.

Ümumiyyətlə, Prezident İlham Əliyevin fəaliyyəti regional sərhədləri çoxdan aşıb və qlobal miqyasda qəbul olunur və hörmət edilir. İlham Əliyevin adı dünya liderləri ilə birgə çəkilir və onun qlobal məsələlərdə mövqeyinə hörmətlə yanaşılır. Xüsusən də, dövlətmizin başçısının sülh siyasəti bütün dünyada müsbət qarşılanır və onun ölkələr arasındakı məsələləri həll etmək bacarığı qiymətləndirilir.

Bütün bunlar ölkəmizi həm regional miqyasda güc mərkəzinə çevirib, həm də dünya miqyasında Azərbaycanın nüfuzunu artırıb. Öz fəaliyyəti ilə regionun və dünyanın nüfuzlu liderlərindən birinə çevrilən İlham Əliyev bu statusu həm daxili, həm xarici siyasəti sayəsində qazanıb. Qısa müddətdə rəhbərlik etdiyi ölkəni sürətli inkişaf modelinə çevirən, demokratik dövlət quruculuğu və sosial-mədəni institutların təqdiralayiq fəaliyyəti ilə dünyada tanıdan, beynəlxalq dialoqlar və yarışlar məkanına çevirən bir liderin dünyadakı böyük nüfuzu təəccüblü görünə bilməz.

Azərbaycan lideri bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyini sözdə deyil, əməli işdə dünyaya nümayiş etdirib. Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada sülhün, əməkdaşlığın təmin olunmasının vacibliyini ən uca tribunalardan dünyaya bəyan edib.

Azərbaycan Prezidenti İlham Əliyevin tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan olunması təbii ki, onun fəaliyyətinin məntiqi nəticəsidir. Çünki o, XXI əsrdə dövlətlərin böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini, dövlətin müstəqil siyasət yeridə bilməsinin əsas olduğunu ortaya qoydu.

Elçin Bayramlı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Aprel 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see353

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see300

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see286

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see278

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see273

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see270

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see264

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see259

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see238

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see232

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see223

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see218

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see218

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see216

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see212

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see211

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see205

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see204

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see203

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri