Icma.az
close
up
RU
İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər regionda sülh və sabitlik üçün ciddi zəmin formalaşdırdı

İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər regionda sülh və sabitlik üçün ciddi zəmin formalaşdırdı

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatında “Zəfərimizin sülhə aparan yolu” silsiləsindən “İlham Əliyev – qələbəmizin memarı, sülhün müəllifi” mövzusunda konfrans keçirilib.

Redaktor.az "Azərtac"a istinadən xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyəti və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Vətən müharibəsində əldə etdiyi Şanlı Zəfərdən danışıb, habelə postmüharibə dönəmində sülhün əldə edilməsi üçün atılan addımların önəmini vurğulayıb.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın erməni faşizminə qarşı mübarizədə əldə etdiyi tarixi Zəfər bütün regionda sülh və sabitlik üçün ciddi zəmin formalaşdırdı. Azərbaycan bu tarixi Zəfərlə işğalı aradan qaldırdı, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Bununla da Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini faktiki olaraq təmin etdi.

"Bu gün Azərbaycan Respublikasının Prezidenti regional sülh üçün ciddi addımlar atmaqdadır. Cari il avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması Prezidentimizin tarixi uğuru, tarixi nailiyyətidir. Bu uğur bütün regiona imkan verir ki, gələcək rifahını sülh və təhlükəsizlik şəraitində təmin etsin. Mən bütün veteranları, bütün gəncləri bundan sonra da dövlətimizin, onun Prezidentinin ətrafında sıx birləşməyə səsləyirəm”, - deyə Cəlil Xəlilov söyləyib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə diqqət çəkərək bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər təkcə dövlətimizin deyil, bütün regionun həyatında yeni dönəmin başlanğıcını qoydu. Azərbaycan xalqı bu tarixi Qələbə ilə özünü tarix və dünya qarşısında bir daha təsdiq etdi.

Konfransda bildirilib ki, Ulu Öndər Heydər Əliyev veteranları xalqımızın qızıl fondu adlandırmışdı. Onun bu ifadəsi veteranlarımıza verilən ən yüksək qiymətdir və bu qiymət indi də öz aktuallığını, önəmini qoruyub saxlayır.

Konfransın sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Qusar Rayon Təşkilatının sədri Cavanşir Nurməmmədov fəxri fərmanlarla təltif edilib və öz istəyi ilə sədr vəzifəsindən azad edilib. Qusar Rayon Ləzgi Dram teatrının direktoru Faiq Qardaşov yeni sədr seçilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see262

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see207

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see184

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see180

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see150

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see147

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see131

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri