Icma.az
close
up
RU
İlham Əliyevin rəsmilərlə görüşləri davam edir Fotolar+Yenilənib

İlham Əliyevin rəsmilərlə görüşləri davam edir Fotolar+Yenilənib

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev bunun Britaniya Baş nazirinin Azərbaycana ilk səfəri olduğunu qeyd edib. Bildirib ki, bu səfər Azərbaycanla Böyük Britaniya arasında əlaqələrdə mühüm əhəmiyyət daşıyır və tarixi bir səfərdir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Prezident İlham Əliyevi COP29-un Azərbaycanda keçirilməsi və ölkəmizin bu tədbirə sədrliyi münasibətilə təbrik edib.

İqlim dəyişmələri məsələlərinin Britaniyanın gündəliyində vacib, prioritet məsələlərdən olduğunu deyən Baş nazir Azərbaycan tərəfindən qlobal iqlim dəyişmələri ilə mübarizəyə verilən töhfənin təqdir olunduğunu vurğulayıb.

Dövlət başçısı Azərbaycanın COP29-un təşkili ilə əlaqədar vaxtının az olmasına baxmayaraq, qısa müddət ərzində bütün təşkilati işlərin həyata keçirildiyini deyib. Prezident İlham Əliyev bu tədbirin mahiyyəti üzrə olan danışıqlar prosesində də artıq irəliləyişlərin olduğunu bildirib. Bu xüsusda, Paris razılaşmasının 6-cı bəndi üzrə əldə olunmuş irəliləyişləri müsbət addım kimi qiymətləndirib.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb, bp-nin sərmayələri ilə Cəbrayılda Günəş panel stansiyasının tikintisi layihəsi yüksək qiymətləndirilib. Qeyd olunub ki, bu layihə dünyanın ən böyük neft-qaz terminallarından biri olan “Səngəçal”da istifadə edilən enerjinin bərpaolunan enerjiyə keçidini və dekarbonizasiyasını təmin edəcək.

Söhbət zamanı Böyük Britaniyanın Azərbaycanda minaların təmizlənməsi işinə verdiyi dəstək yüksək qiymətləndirilib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Ermənistan ilə Azərbaycan arasında danışıqlar prosesi ilə maraqlanıb.

Dövlət başçısı qeyd edib ki, hazırda tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlar davam etdirilir, bu müqavilənin mətninin xeyli hissəsi artıq razılaşdırılıb, sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində də Ermənistan ilə Azərbaycan arasında ciddi irəliləyiş var, 12 kilometrdən artıq sərhəd xətti nəinki delimitasiya olunub, hətta demarkasiyası həyata keçirilib ki, komissiyanın son görüşündə də bu prosesin irəli aparılması barədə razılıq əldə olunub.

Amma bütün bunlarla yanaşı, dövlət başçısı Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarının aradan qaldırılmasının vacibliyini bildirib.

Azərbaycan Prezidenti sülh prosesinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün xalqların sülhə hazırlanmasının önəmini vurğulayıb.

***

Prezident İlham Əliyev noyabrın 12-də Albaniyanın Baş naziri Edi Rama ilə də görüşüb.

Görüşdə əvvəlcə SOCAR, Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi və “Albgaz” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. SOCAR-ın həyata keçirəcəyi bu layihə Albaniyanın Korça şəhərində kömürdən və oduncaqdan istifadənin qarşısını alaraq dekarbonizasiya prosesinə ciddi töhfə verəcək və beləliklə, bu, dekarbonizasiyaya xidmət edən layihə olacaq.

Söhbət zamanı Albaniyanın Baş naziri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində Prezident İlham Əliyevə dolğun və məzmunlu çıxışına görə təşəkkür edib.

Azərbaycan ilə Albaniya arasında münasibətlərimizin mövcud vəziyyətindən məmnunluq bildirildi, əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub, turizm, investisiyalar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə göstərdiyi qarşılıqlı dəstək yüksək qiymətləndirilib və təqdir olunub.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 13 Noyabr 2024 01:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri