Icma.az
close
up
RU
“İlham Əliyevin tələblərini şərt hesab etmirik” “Yeni konstitusiyanın mətni 8 10 aydan tez hazır ola bilməz”

“İlham Əliyevin tələblərini şərt hesab etmirik” “Yeni konstitusiyanın mətni 8 10 aydan tez hazır ola bilməz”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Azərbycan Prezidenti İlham Əliyevin dünən Bakıda alman həmkarı Frank Valter Ştaynmayerlə keçirdiyi mətbuat konfrasında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, Ştaynmayer Azərbaycan və Ermənistan arasında razılaşdırılmış sülh müqaviləsinin tezliklə imzalanmasına çağırıb. “Mən buna çox böyük ümid edirəm və buna çağırıram ki, bu anı itirməmək lazımdır. Bütün çətinliklərə, maneələrə baxmayaraq, bu yol gedilib, xeyli addım atılıb və bunu sona qədər getmək lazımdır. Buna görə təbii olaraq, kompromislər üçün cəsarət, siyasi iradə lazımdır ki, bu siyasi müqavilə həqiqətən də həyata keçirilsin və qüvvəyə minsin. Ümid edirəm ki, bu alınacaq və biz də buna uzaqdan bacardığımız qədər, necə mümkündürsə, dəstəyimizi verəcəyik”, - Almaniya Prezidenti vurğulayıb.

İlham Əliyev isə bildirib ki, Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür: “Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğrudan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.

Nazir Srbuhi Qalyan isə yerli mətbuata açıqlamasında deyib ki, hökumət Əliyevin ideyalarını ilkin şərt hesab etmir. "Ermənistan birmənalı olaraq sülh müqaviləsi imzalamağa hazırdır və mən bu ideyaları ilkin şərt hesab etmirəm və hesab edirəm ki, hökumət də bunu etmir. Mən çıxışımda qeyd etdim ki, sülhün alternativi yoxdur və bizim hərəkətlərimiz sülhün yekun bərqərar olmasına yönəlməlidir. Amma düşünürəm ki, ictimaiyyət sülh müqaviləsinin imzalanması istiqamətində irəliləmək üçün hansı konsepsiyadan istifadə etməli olduğumuzu tezliklə biləcək".

Nazir yeni konsepsiya ilə bağlı nə demək istədiyini açıqlamaqdan imtina edib. Hökumət israr edir ki, konstitusiya məsələsinə Bakının tələbləri kontekstində baxılmamalıdır, müxalifət isə əks fikirdədir. Yeni konstitusiya layihəsinin hazırlanması ilə məhz Srbuhi Qalyanın rəhbərlik etdiyi nazirlik məşğul olur. Baş nazir Paşinyan gələcək konstitusiyanı regional əhəmiyyət kəsb edən layihə kimi xarakterizə edib. Ədliyyə naziri isə bildirib ki, bu, sülh müqaviləsinə xələl gətirməməlidir.

Azərbaycanın tələbləri fonunda Ermənistanın daha qısa müddətdə konstitusiyaya dəyişiklik etməsi mümkündürmü?

“Əgər biz yeni konstitusiyadan danışırıqsa, bu, bir, iki və ya üç aya başa çatdırılacaq sadə iş deyil. Bu, mütəxəssislərin uzunmüddətli işini tələb edir, söhbət 8-10 aydan gedir və mən hesab etmirəm ki, həmin dövrdən tez yeni konstitusiyanın mətninin hazır olması mümkündür”, - Qalyan suala cavabında deyib.

Nazir qeyd edib ki, onlar hələ konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadı çıxarmaq və ya saxlamaq məsələsini müzakirə etmək həddinə çatmayıblar. “Mənim şəxsi fikrim Konstitusiya Məhkəməsinin rəyinə uyğundur”, - o əlavə edib.

Bakı bəyan edir ki, konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadda Azərbaycana qarşı ərazi iddiası var. Ermənistan Konstitusiya Məhkəməsi isə onun konstitusiyanın mətnində heç bir hüquqi əhəmiyyət daşımadığı barədə qərar verib.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Aprel 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see376

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see205

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see201

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see175

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see173

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see172

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see171

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see164

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see161

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see155

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see145

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see145

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see145

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see144

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see144

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see139

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri