Icma.az
close
up
RU
Avropa Zelenskiyə kömək edəcək?

Avropa Zelenskiyə kömək edəcək?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkovla Ukrayna Prezidenti Zelenskinin Administrasiya rəhbəri Andrey Yermak arasında danışıqlar ləğv edilib.

“Cebheinfo.aza” xəbər verir ki, bu barədə “The Economist”-in müxbiri Oliver Kerol açıqlama verib.

“Uitkoff və Yermak arasında bu gün Türkiyədə keçirilməsi planlaşdırılan danışıqların ləğv olunduğunu başa düşürəm. Mənə dedilər ki, Uitkoff görüşü təşkil edərkən hansı qalmaqala qarışdığını bilməyib”, - Kerol belə yazıb.

Bundan əvvəl Zelenski noyabrın 19-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-nin xüsusi nümayəndəsi Uitkovla Ukrayna ilə bağlı sülh danışıqlarının davam etdirilməsi imkanlarını müzakirə etmək üçün Türkiyəyə səfər etmək istədiyi bildirilib. 

Ukrayna Parlamenti Yermakı korrupsiya qalmaqalında əsas günahkar hesab edərək onun dərhal istefasını tələb edir. “Politico”un yazdığına görə, Zelenski Yermakı işdən çıxarmaq üçün təzyiqlə üzləşib. Buna səbəb Ukrayna Korrupsiya Əleyhinə Milli Büqosunun qeydləridir. Hamı başa düşür ki, bu qeydlər Yermaka gətirib çıxarır. Əgər bu, ictimailəşərsə Zelenskinin Xalqın Xidmətçisi partiyasının mövqeyinə xələl gələcək.

Antikorrupsiya bürosunun rəhbəri Semyon Krivonos Yermakın korrupsiyada iştirakını təsdiq və ya təkzib etməkdən imtina edib. Zelenskinin noyabrın 20-də hökumət nümayəndələri və parlament üzvləri ilə görüşləri gözlənilir.

“Politico” yazır ki, Zelenski müqavimət göstərmək və tərəfdaşını müdaiə etmək niyyətindədir. Müxalifəti sakitləşdirmək üçün hökumətin tərkibində dəyişikliklər edə, onları hökumətə daxil olmağa dəvət edə bilər. 

Qeyd edilir ki, Avropa İttifaqı Zelenskiyə Yermakı xilas etməyə kömək edə bilər. Ukrayna hakimiyyəti avropalılarla məsləhətləşmələr aparır, vəziyyəti hər kəs üçün minimal itkilərlə necə həll edəcəyini anlamağa çalışır. 

Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüşündən sonra Aİ-nin Ukraynadakı səfiri Katarina Maternovanın sosial mediada yazdığına görə, görüşdə mövcud böhran və irəliyə doğru konkret addımlar barədə razılığın əldə olunması barədə açıq müzakirə aparılıb.

Ukraynalı bloger Anatoli Şarinin sözlərinə görə, AB Yermaka tam dəstəyini nümayiş etdirməyə çalışır. Şari hesab edir ki, Aİ Zelenski və Yermakın mütəşəkkil cinayətkar qruplaşmasının əsas müdafiəçisinə çevrilib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see370

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see318

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see313

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see285

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see284

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see267

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see265

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see262

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see257

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see247

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see247

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see245

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see236

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see231

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see228

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see224

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see222

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see218

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see194

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri