Icma.az
close
up
RU
İlham Rəhimov Rusiya mediasının gündəmində Putinin dostunun Peterburqdakı büstündən nə yazırlar? FOTO

İlham Rəhimov Rusiya mediasının gündəmində Putinin dostunun Peterburqdakı büstündən nə yazırlar? FOTO

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Sankt-Peterburq Dövlət Universitetində İlham Rəhimovun - universitetin fəxri doktoru, Rusiya Elmlər Akademiyasının əcnəbi üzvü və Prezident Vladimir Putinin sinif yoldaşının büstü açılıb. Büstün açılışı onun 75 illik yubileyi ilə üst-üstə düşüb. Abidə Rəhimovun sağlığında ucaldılsa da, o özü mərasimdə iştirak etməyib”.

“AzPolitika” xəbər verir ki, “The Moscow Times” nəşrində dərc edilən məqalədə belə deyilir.

Yazida qeyd olunur ki, universitetin rektoru Nikolay Kropaçev Rəhimovun xidmətlərindən danışıb. O deyib ki, belə yüksək qiymətləndirilmə almaq üçün "görkəmli alim" və ya sadəcə, universitet məzunu olmaq kifayət deyil: "Vətənin rifahı naminə də daxil olmaqla, çox və daim iş görmək lazımdır". 

Rektor söhbətin hansı Vətəndən getdiyini açıqlamayıb, amma təbii ki, böyük ehtimalla söhbət Rusiyadan gedir…

Daha sonra nəşr “Putin İlham” kimi tanınan Rəhimovun Rusiyada, Putinin yaxın ətrafında oynadığı roldan yazıb: “Korrupsiyaya Qarşı Mübarizə Fondunun (Aleksey Navalnının yaratdığı fond-red.) məlumatına görə, Rəhimov Prezidentin (Putinin-red.) digər iki sinif yoldaşı Nikolay Yeqorov və Viktor Xmarin ilə birlikdə Gelencik yaxınlığında "Putin sarayı"nın tikintisinin maliyyələşdirilməsində iştirak edib. Onların "Investment Solutions" şirkəti layihəyə ümumilikdə 7 milyard rubl xərcləyib. Rəhimov Azərbaycanda anadan olub. O, 19 yaşında Sankt-Peterburq Dövlət Universitetinə (o vaxtkı Leninqrad Dövlət Universiteti) daxil olub. 1975-ci ildə məzun olduqdan bir müddət sonra Rəhimov Azərbaycana qayıdıb və orada Ədliyyə Nazirliyində karyerasını davam etdirib. 1999-cu ildə Putin Rusiyanın Baş naziri təyin edildikdən sonra bizneslə məşğul olmağa başlayıb.

Hələ 2014-cü ildə “Forbes” Rəhimovun sərvətini 500 milyon dollar qiymətləndirib. Onun əsas gəliri “Sadovod” bazarındakı, “Ukrayna” Otelindəki, “Evropeyski” və “Panorama” ticarət mərkəzlərindəki paylarından gəlib. Rəhimov özü 2010-cu ildə verdiyi müsahibədə Putinlə "40 ildir dost" olduqlarını və düşmənlərinin bu münasibətin paxıllığını çəkdiyini bildirib. 17.700 kvadratmetrlik "Putin Sarayı" Qara dəniz sahilində, Krasnodar diyarında Gelencikdən 20 km məsafədə yerləşir. Siyasətçi Aleksey Navalnının araşdırmasına görə, binaya restoran kompleksi, vertolyot meydançası, buz meydançası, kilsə, amfiteatr, qonaq evi, yanacaqdoldurma məntəqəsi və 80 metrlik körpü daxildir.

Binada üzgüçülük hovuzu, akva diskoteka, spa, saunalar, türk hamamları, ət və balıq emalı, tərəvəz və desert mağazaları, terapevtik palçıq anbarı, oxu zalı, musiqi salonu, qəlyan salonu, teatr və kinoteatr, şərab zirzəmisi və kazino var. Sarayın üzərində uçuşa qadağa zonası yaradılıb və ona bitişik 7000 hektar ərazi FSB-yə məxsusdur.

Korrupsiyaya Qarşı Mübarizə Fondu sarayın tikinti xərclərini 100 milyard rubl (2021-ci ilin yanvar ayı üçün 1,1 milyard avro) qiymətləndirib. Putin özü bu saraya sahib olduğunu inkar edib, onun dostu Arkadi Rotenberq isə bu mülkün sahibi olduğunu iddia edib. Milyarder bildirib ki, o, iqamətgahı bir neçə il əvvəl alıb və onu otelə çevirmək niyyətindədir. O vaxtdan bəri bu planların həyata keçirilməsi barədə heç nə eşidilməyib. Lakin sarayı Putinin təhlükəsizliyinə cavabdeh olan Federal Mühafizə Xidmətinin əməkdaşları mühafizə edir”.

İlham Rəhimovun büstü mövzusuna digər Rusiya media orqanları da toxunublar və əksər hallarda bu, Putin və onun ətrafının korrupsiya əməlləri kontekstində şərh edilib.

Onu da qeyd edək ki, İlham Rəhimov zatən Putinə və Rusiyaya bağlılığını inkar etmir. Xüsusilə də son zamanlar Rəhimova yaxın “politoloqlar”ın Azərbaycan kanallarında və mediasında Putin Rusiyasının Ukraynaya qarşı işğalına, ümumilikdə Kremlin öz qonşularına qarşı apardığı aqressiv, imperiyaçı xarici siyasətə haqq qazandırmasına rast gəlinib.

C.Məmmədli 

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Yanvar 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri