Icma.az
close
up
RU
Qarabağ itirildi Putinin planı necə fiaskoya uğrayır?

Qarabağ itirildi Putinin planı necə fiaskoya uğrayır?

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Rusiya getdikcə əyləcləri sıradan çıxmış, yüksək sürətlə uçuruma doğru hərəkət edən avtomobili xatırladır. Hakimiyyət vəziyyətin nəzarətdə olduğunu iddia edir, cəmiyyət panikaya düşməməyə çağırılır, hər cür şübhə və tənqid isə zərərli elan olunur. Lakin qarşıdakı yol təhlükəlidir və bu hərəkəti dayandırmaq artıq mümkünsüz görünür.

KONKRET.az xəbər verir ki, ölkə daxilində sosial-iqtisadi mənzərə getdikcə qaralır. Qiymətlər artır, real gəlirlər azalır, Ukraynaya qarşı aparılan müharibənin nəhəng xərcləri büdcəyə ciddi təzyiq göstərir. Sanksiyalar Rusiyanın maliyyə resurslarına, texnologiyalara və bazarlara çıxışını məhdudlaşdırır. Buna baxmayaraq, rəsmi hesabatlarda vəziyyət nikbin təqdim olunur və bu, vətəndaşların gündəlik həyatında gördükləri reallıqla kəskin ziddiyyət təşkil edir. İqtisadi çətinliklər fonunda cəmiyyətdə çıxılmazlıq və ümidsizlik hissi getdikcə dərinləşir.

Bu böhranın əsas səbəbi Moskvanın Ukrayna hesabına təsir dairəsini güc yolu ilə genişləndirmək cəhdidir. “Rusların müdafiəsi”, “denasifikasiya”, “nasizmə qarşı mübarizə” kimi şüarlarla əsaslandırılan işğalın arxasında isə köhnə imperiya ambisiyaları dayanır. Paradoks ondadır ki, Rusiya onsuz da nəhəng ərazilərə malikdir, lakin bu torpaqların böyük hissəsi yoxsulluq, demoqrafik geriləmə və infrastruktur çatışmazlığından əziyyət çəkir, halbuki ölkə zəngin təbii resurslara sahibdir.

Reallıqda müharibə Rusiyaya nə təhlükəsizlik, nə nüfuz, nə də yeni imkanlar qazandırdı. Əksinə, uzunmüddətli münaqişə dövlətin zəif tərəflərini üzə çıxardı, resursları tükətdi və manevr imkanlarını azaltdı. Daxili problemlər dərinləşdikcə sabitlik də getdikcə daha kövrək xarakter alır.

Ən ağır nəticələr isə insan itkiləridir. Minlərlə rusiyalı, xüsusilə milli azlıqların nümayəndələri və kasıb regionların sakinləri başa düşmədikləri bir müharibədə həyatlarını itirirlər. Bu isə cəmiyyətdə ədalətsizlik hissini və daxili parçalanmanı daha da gücləndirir.

Ukrayna müharibəsi Rusiyanın postsovet məkanındakı təsirinə də ciddi zərbə vurub. Uzun illər Moskvanın xüsusi maraq zonası sayılan Cənubi Qafqaz faktiki olaraq onun nəzarətindən çıxır. Qarabağ məsələsi vaxtilə Kremlin əsas təzyiq alətlərindən biri idi. Lakin 44 günlük müharibədən və sonrakı proseslərdən sonra bu “kozır” əhəmiyyətini itirdi.

Bu prosesdə Azərbaycan həlledici rol oynadı. Qarabağda qələbədən sonra mövqelərini möhkəmləndirən və Türkiyə ilə strateji müttəfiqliyə söykənən Bakı regionda müstəqil və özünə inamlı oyunçuya çevrildi. Rusiya isə əsas vasitəçi və təhlükəsizlik qarantı statusunu qoruyub saxlaya bilmədi. Bu, region ölkələri üçün açıq mesaj oldu: Moskva artıq şərtsiz güc mərkəzi deyil.

Boşluq isə dərhal doldurulur. ABŞ Cənubi Qafqazda və Mərkəzi Asiyada diplomatik fəallığını artıraraq həm Rusiyaya, həm də Çinə alternativ təsir mərkəzi kimi çıxış edir. Region dövlətləri getdikcə daha praqmatik davranır və Moskva ilə məhdudlaşmayan tərəfdaşlıq axtarışına çıxırlar.

Rusiya üçün risklər bununla bitmir. Moldovada Dnestryanı ərazilərin taleyi də yenidən gündəmə gəlib. Prezident Maya Sandunun son açıqlamaları bu separatçı bölgənin yenidən Kişinyovun konstitusion nəzarətinə qaytarıla biləcəyinə işarə edir. Eyni zamanda, Moldovanın Rumıniya ilə birləşməsi perspektivi (Rumıniyanın NATO üzvü olduğunu nəzərə alsaq) Moskvanın regiondakı təsirini daha da azalda bilər.

Oxşar ssenarilər Abxaziya və Cənubi Osetiya üçün də istisna deyil. Rusiyanın bu “dondurulmuş münaqişələri” uzun müddət maliyyə və hərbi resurslarla saxlamaq imkanı getdikcə məhdudlaşır, halbuki digər beynəlxalq oyunçuların marağı artır.

Bütün bunların fonunda Kremlin qonşu dövlətlərə münasibətdə sərgilədiyi aqressiv ritorika xüsusilə diqqət çəkir. Dialoq və etimadın bərpası əvəzinə, Moskva Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin suverenliyini şübhə altına alan təhdidedici açıqlamalara göz yumur. Bu isə artıq güc nümayişindən çox, itirilmiş təsiri sözlə kompensasiya etməyə çalışan aciz davranış təsiri bağışlayır.

Nəticə etibarilə, Ukrayna böhranı Rusiyanı qlobal inkişaf yolundan kənara itələyib. Bir zamanlar böyük güc iddiasında olan ölkə bu gün daha çox qeyri-sabitlik və problemlər mənbəyi kimi qəbul edilir. Beynəlxalq əlaqələr zəifləyir, etimad itir, təsir dairəsi daralır. “Əyləcsiz avtomobil” isə hələ də yoluna davam edir və əsas sual artıq qəzanın olub-olmayacağı deyil, onun nə qədər ağır nəticələr doğuracağıdır.

Tərcümə etdi: Müşviq Tofiqoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Yanvar 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see216

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see155

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see149

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see149

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see149

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see148

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see148

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see147

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see147

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see146

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see145

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see144

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see143

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see143

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see142

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see141

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see139

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see138

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see136

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri