İlin ən yaxşı baş məşqçisi!
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda 2024-cü ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub.
"Football-plus.az" xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq birinci yeri tutub. Qurbanov 64 jurnalistin qatıldığı sorğuda 47 səs toplamaqla 2024-cü ilin ən yaxşı məşqçisi seçilib. Bununla da o, 14-cü dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb. Sorğuda iştirak edənlərdən 8-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 7-si “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 2-si “Turan Tovuz” klubunun baş məşqçisi Kurban Berdıyevə səs verib. “Sumqayıt”ın keçmiş, “Neftçi”nin hazırkı çalışdırıcısı Samir Abasova səs verən olmayıb. Bu mütəxəssislər də ilin məşqçisi adına namizədlər siyahısında yer alıblar.
“Qarabağ” ötən mövsüm Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu bayram edib. Bundan başqa, Ağdam təmsilçisi ölkə kubokuna da sahib çıxıb. Qurbanovun komandası növbəti dəfə Avropa Liqasında Liqa mərhələsinə (əvvəlki qrup mərhələsi) vəsiqə qazanıb.
İlin ən yaxşı məşqçisinin mükafatlandırma mərasimi dekabrın 14-də, saat 13.30-da baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 Dekabr 2024 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















