Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

“İlin ən yaxşı”sını axtararkən... KÖŞƏ

“İlin ən yaxşı”sını axtararkən... KÖŞƏ

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəlin itirməyək dostları, qardaş!
Onsuz da çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş
Uçurub aparır hər saat, hər il -
Bizim dost itirən vaxtımız deyil! (Hafiz Baxış)
Hər ilin sonu belə olur. İnsan bir az kövrəkləşir, romantikləşir, Həm də ötən 365 günə nəzər salırsan, ötənləri çək-çevir edirsən.

Biz keçmişə nəzər salanda Azərbaycan futbolunun da yaxın bir ildəki tarixçəsini vərəqləyirik, olanları-bitənləri yadımıza salırıq. Xüsusən də ilə yekun vuranda nominantların müəyyənləşdirilməsi, ən yaxşıların seçilməsi ilə bağlı sorğulara cavab verəndə bunu edirik. Bir il o qədər də böyük müddət deyil. Bu səbəbdən də həmin o bir ildə başverənlər asanlıqla xatırlanır, sevincli və kədərli anları yada salmaq elə də çətin olmur.
Təəssüf ki, son bir il ərzində Azərbaycan futbolu adına ciddi uğur sayılacaq heç nə baş verməyib. Xüsusilə də milli komandalarımızla bağlı. Uşaqdan-böyüyə, yəni aşağı yaş qruplarından üzü yuxarı əsas milliyə qədər hamısı məğlubiyyətləri sıralayıb. İtalyan Canni de Byazinin yola salınmasından sonra Azərbaycan millisi elə təxminən onun həmyaşıdı olan portuqaliyalı Fernando Santuşa tapşırılıb. Sözsüz, ölkə futbolunun reallıqlarını bilənlər Santuşdan heç bir ciddi uğur gözləmirdilər. O cümlədən də mən. Ümumiyyətlə, Azərbaycan futbolunun probleminin, millilərimizin məğlubiyyətlərinin baş məşqçinin kimliyi ilə heç bir əlaqəsi yoxdu. Bunu anlamaq və dilə gətirmək üçün reallıq hissini, eləcə də vicdanını itirməmək yetərlidi. Yox, özünü və başqalarını axmaq yerinə qoyub, aldatmaq istəyirsənsə, onda istədiyin yalanı danışa bilərsən. Amma bizim daha belə yalanlara inanan vaxtımız deyil.
Elə bu səbəbdən də ötən bir ildə Azərbaycan futbolu adına yaxşı nəsə axtaranda “Qarabağ” tərəfə boylanmalı oluruq. Ölkə futbolunun üzünü ağardan, azarkeşlərə qələbə sevinci yaşadan, futbolumuzun yerlərdə sürünən imicini az-çox qaldıran elə “Qarabağ”dı. “Qarabağ”ın uğurlarının memarı olan Qurban Qurbanovun Azərbaycanın ən yaxşı məşqçisi olması heç kimdə şübhə doğurmur. Elə ölkənin ən yaxşı futbolçuları da Qurban bəyin sərəncamındadı, “köhlən atlar”ın şərəfini qoruyur. İstər yerli futbolçu olsun, istərsə də əcnəbi. Gəlmələr arasında Juninyonun ən yaxşı olduğu məlum məsələdi. Yerlilərdən kimisə fərqləndirmək istəyəndə isə qədər seçim qarşısında qalırıq. Bu da heç də yaxşıların çox olmasıyla bağlı deyil.
Etiraf etmək lazımdı ki, üzdə olan yerli futbolçuların səviyyəsi elə təxminən eynidi. Daha doğrusu, hər gözəlin bir eybi olduğu kimi, bizimkilərin də mənfi tərəfləri xeyli çoxdu və onlar zaman-zaman özünü göstərir. Ən ciddi problem bizimkilərin inkişafa meyilli olmaması, yerində saymağı xoşlamasıdı. Sabitliyin çatışmaması da əksər azərbaycanlı futbolçuların özəlliyidi. Müəyyən bir mərhələyə çatandan sonra sanki onların inkişafı dayanır, arxayınlığa, ya da özündənrazılığa qurban gedirlər. Ötən il başverənləri, keçirilən oyunları nəzərə alanda başqalarıyla müqayisədə fərqləndirə biləcəyim üç futbolçu var. Həmin futbolçular da Toral Bayramov, Elvin Cəfərquliyev və Rza Cəfərovdu. Bəlkə də Elvin Toraldan daha istedadlı və faydalı futbolçudu. Di gəl ki, Cəfərquliyevin intizamsızlığı, bəzən emosiyalara hədsiz qapılıb, qırmızı vərəqə ilə meydandan qovulması onu Bayramovdan bir addım geri salır. Hər iki futbolçu həm “Qarabağ”ın Avropanın futbol səhnəsindəki uğurlarında böyük pay sahibidi, həm də millinin heyətində “gözə görünməyi” bacarıblar. Xüsusən də Elvin millinin oyunlarında xeyli istəkli görünür.
Rza isə “Neftçi”nin “1 nömrə”sinə çevriləndən sonra əsas millidə də böyük etimada layiq görüldü. Amma gənc qapıçı hələ yolun başındadı, keçiləsi maneələr çoxdu. Onun püxtələşməsinə ehtiyac var. Ümid edək ki, yeni ildə həm futbolçularımız inkişaf edəcək, həm də futbolumuz. Bizim də nəsibimizə onların uğurlarına sevinmək düşəcək.
AMAL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Yanvar 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri