Icma.az
close
up
RU
İlin sonuna kimi Gürcüstanda prezident seçkiləri keçiriləcək

İlin sonuna kimi Gürcüstanda prezident seçkiləri keçiriləcək

Gürcüstanda prezident seçkilərinin, eləcə də onun andiçmə mərasiminin 2024-cü ildə keçirilməsi planlaşdırılır. Bu barədə jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

"Biz prezidenti beş il müddətinə seçməliyik, buna görə də prezidentin beş il müddətinə seçilməsi üçün seçkilərin və andiçmə mərasiminin bu il keçirilməsi vacibdir”, - Papuaşvili bildirib.

Gürcüstanın qanunverici orqanının rəhbəri onu da əlavə edib ki, parlament prezident seçkilərinin dəqiq tarixini çərşənbə axşamı təyin edəcək.

Bundan əvvəl respublikanın baş naziri İrakli Kobaxidze bildirib ki, prezident seçkiləri 2025-ci ilin yanvarında keçirilə bilər.

Aytac 


www.anews.az
seeBaxış sayı:94
embedMənbə:https://anews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri