Icma.az
close
up
RU
İlin sonuna qədər internetin sürəti artırılacaq

İlin sonuna qədər internetin sürəti artırılacaq

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Bu ilin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 200 meqabit/saniyəyə çatdırılması nəzərdə tutulur.

Axşam.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilmiş "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə bildirib.

"Rəqəmsallaşma özü mərhələli bir prosesdir və bu gün biz dünyanın keçdiyi yolu demək olar ki, mərhələli şəkildə keçməkdəyik. Bu, ilkin məlumatların elektronlaşdırılmasıdır. Başqa sözlə, məlumatların kağız daşıyıcılardan elektron daşıyıcılara keçirilməsidir. İkinci mərhələ xidmət və proseslərin rəqəmsallaşdırılmasıdır. Artıq burada da bir çox proseslər həm dövlət şirkətləri və eyni zamanda, özəl şirkətlər tərəfindən kifayət qədər irəliləmişdir. Gedəcəyimiz son nöqtə, "ağıllı" və proyektiv xidmətlərin formalaşdırılmasıdır ki, bu da rəqəmsal transformasiyanı özündə ehtiva edir.

Bütün bu istiqamətlər üzrə məhz Sizin diqqət və qayğınız nəticəsində son illərdə əsas diqqətimiz tənzimləmə çərçivəsinin qurulması və fəaliyyətimizin koordinasiyalı şəkildə aparılmasına yönəlib. Bu istiqamətdə qəbul edilmiş rəqəmsal inkişaf konsepsiyası xüsusi önəm daşıyır. Bununla yanaşı, rəqəmsal inkişaf konsepsiyası qəbul edildikdən sonra təxminən 200-dən çox normativ-hüquqi aktda düzəlişlər edilib və yeniləri qəbul olunub" deyə, o qeyd edib.

Bundan başqa, nazir deyib ki, infrastrukturun genişlənməsi artıq tam şəkildə təmin edilib:

"Onlayn Azərbaycan" layihəsi uğurla başa çatdırılıb. Layihə başlananda ölkədə internetin orta sürəti təxminən 12 meqabit/saniyə idisə, bu gün 90 meqabit/saniyədir. Dövlətə məxsus şirkətlərdə bu rəqəm 150 meqabit/saniyədir. İlin sonuna qədər biz bu rəqəmi 200 meqabit/saniyəyə çatdırmağı planlaşdırırıq və bu gün Azərbaycanın elə bir ucqar nöqtəsi yoxdur ki, orada genişzolaqlı internet təqdim edilməsin".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://axsam.az
archiveBu xəbər 11 Fevral 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri