Icma.az
close
up
RU
İlin sonuna qədər İran İsrail müharibəsi başlayacaq PLAN HAZIRDIR DETALLAR

İlin sonuna qədər İran İsrail müharibəsi başlayacaq PLAN HAZIRDIR DETALLAR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin iyununda İran və İsrail arasında illərlə davam edən gərginlik açıq müharibə müstəvisinə keçib.

İsrailin İrandakı hərbi və nüvə obyektlərinə hava zərbələri endirməsi regionda vəziyyəti daha da gərginləşdirib. İran cavab əməliyyatı təşkil edərək İrana yüzlərlə raket və dronlarla hücum edib.

Trəflər atəşkəsə razılaşsa da, münaqişə regionun təhlükəsizlik balansını ciddi şəkildə sarsıdıb. İyun döyüşləri göstərdi ki, hər iki ölkə istənilən an daha genişmiqyaslı müharibəyə sürüklənə bilər. Hazırda isə atəşkəs kövrəkdir və yeni eskalasiya riski real olaraq qalır.

Siyasi şərhçi Rufiz Hafizoğlu iki ölkə arasında yenidən müharibə başlayacağını düşünür. O, Modern.az-a açıqlamasında yeni müharibənin ilin sonunadək başlayacağını və iyunda baş verən 12 günlük müharibədən daha qanlı olacağını bildirib.

Ekspert vurğulayıb ki, yeni müharibənin olması üçün çox sayda əsaslar var:

“İsraillə İran arasında 12 günlük müharibənin başa çatmasına baxmayaraq, mən ilin sonuna qədər yeni və daha acı nəticələrə səbəb olacaq müharibənin baş tutacağını düşünürəm. Bunun üçün çox sayda  əsaslar var. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, İsrailin Baş naziri Benyamin Netanyahu açıq şəkildə hər zaman bildirir ki, İran xalqını azad etmək üçün sona qədər mübarizə aparacaq və bunun üçün müxtəlif vasitələr hazırlanıb. İsrailin digər rəsmilərinin İranla müharibənin qaçılmaz olduğu iə bağlı açıqlamaları mövcuddur.

Müharibə ən azı ona görə qaçılmazdır ki, Yaxın Şərqi qanla yenidən şəkilləndirən İsrail hökuməti üçün 100 ildə bir ələ düşən fürsət var. Bu fürsət nədən ibarətdir? 12 günlük müharibə ərzində, bəli, hər iki ölkə bir-birilərinə qarşı raket hücumları etdilər,  İranın müəyyən infrastrukturu dağıdıldı, bəzi generalları məhv oldu. Amma İran islam inqilabından bu günə qədər heç vaxt indiki kimi zəifləməməşdi. Təbii ki, bu İsrail üçün önəmli fürsətdir".

Qeyd edək ki, İsrailin hücumları nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri və SEPAH komandanı Hüseyn Salami da daxil olmaqla bir neçə general, nüvə alimi öldürülüb.

Rufiz Hafizoğlunun sözlərinə görə, İsrail hökuməti bu tarixi fürsəti heç bir halda əldən vermək istəmir.

"Digər bir tərəfdən regionda yaranan yeni reallıq ondan ibartətdir ki, İranın Yəmən və İraq istisna əvvəlki təsir mexanizmləri qalmayıb. Fələstində vəziyyət aydındır, HƏMAS hər nə qədər sünni ideologiyasında olsa da, İrana bağlı hesab edilir və olduqca acınacaqlı vəziyyətdədir. Hizbullah seçim qarşısındadır. Təşkilat istəyir ki, silahları versin, Livan ordusuna və ölkənin siyasi həyatına inteqrasiya etsin. Geridə Yəmən qalır. Burada hələ də Husilərin mövcudluğu var. Digər təhlükəli vəziyyət İraqdadır. İraq bu gün sözün əsl mənasında İranın qalası hesab edilir. Lakin inanıram ki, bu qala içəridən dağılacaq. Yaxın aylarda ideoloji, siyasi şiə qarşıdurmasının şahidi olacaq. Mübarizə İraq şiəliyi ilə İran şiəliyi arasındadır ki, bunun üçün artıq çox ciddi fundamental işlər aparılır. Bəli, İsrail bütün bunları nəzərə alır. O, İranın zəifləməsini diqqətdən qaçırmır. İran da bunu çox yaxşı bilir. İran da bu müharibənin qaçılmaz olduğunu dərk edir. Kimin qalib gələcəyini əvvəlcədən söyləmək yanlış olardı. Amma hərbi üstünlük İsraildədir. Digər yandan gəlin etiraf edək ki, İran rejimini dağıtmaq da asan məsələ deyil”.

R.Hafizoğlu qeyd edib ki, İran rejimini dağıtmaq üçün İsrailin müəyyən planları var:

“Hesab edirəm ki, İsrail İran rejimini çökdürmək üçün müxtəlif vasitələrə əl atacaq. Onlardan 4-nü qeyd etmək istərdim. Əvvəla, rejimin əsas siyasi rəhbərliyi, o cümlədən Xamaneinin aradan qaldırılması hədəfə qoyulub. Yəni İsrail tərəfdən İran daxilində çevrilişin təşviqi aktiv şəkildə planlaşdırılır. Digər bir plan isə xaricdə İran rejiminə müxalif  qrupların hazırlanması və onların rejimə alternativ olaraq çöküş olacağı təqdirdə ölkəyə göndərilməsi hədəfdədir. Və bir plan da azərbaycanlılar istisna olmaqla etnik azlıqların-kürdlərin,ərəblərin, bəlucların separatçı meyillərə təşviq edilməsidir. İranın da təbii ki, əks tədbirləri olacaq. Bu gün İranın qarşısında duran prioritetlərdən də bəhs etmək istərdim. Rejimin, şübhəsiz, davamlılığını qorumaq, nüvə proqramını və ballistik raket proqramını davam etdirməkdir. Dolayısı ilə müharibə qaçılmazdır. Amma hər iki tərəfin atacağı addımlar var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Avqust 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri