İlin sonuncu “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 17 dekabr, AZƏRTAC
Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə dekabrın 20-də ilin sonuncu “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhərinin Nizami rayonunda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 10 litr tutumu olan şüşə butulka (banka), 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər.
Qeyd edək ki, maraqlı interaktiv tədbirlərin də yer alacağı festivalda vətəndaşlar tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də hədiyyələr qazana bilərlər.
Festival saat 12:00-14:00-dək Nizami rayonu, Tofiq Abbasov küçəsi, 5-də (metronun “Qara Qarayev” stansiyasının yaxınlığı, “Sevinc Mall”un qarşısı) keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 17 Dekabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















