Icma.az
close
up
RU
İlk 2 saata 5000dən çox bilet satıldı Yeni Sabah

İlk 2 saata 5000dən çox bilet satıldı Yeni Sabah

Icma.az bildirir, Yenisabah portalına istinadən.

COP29 Sədrliyinin təşkil və idarə etdiyi, müxtəlif maraqlı tərəflərin bir araya gəldiyi, iqlim dəyişmələri ilə bağlı dinamik müzakirələrin aparıldığı və ekoloji çağırışlarla bağlı innovativ həllərin nümayiş olunduğu Yaşıl Zonaya giriş biletlərinin əldə edilməsi prosesinə start verildikdən cəmi 2 saat sonra 5 mindən çox bilet ziyarətçilər tərəfindən əldə olunub.

“Yeni Sabah” xəbər verir ki, noyabr ayının 11-dən etibarən qapılarını ziyarətçilər üçün açacaq COP29-un Yaşıl Zonası iqlim dəyişmələrinə qarşı mübarizə üzrə potensial həll variantlarının nümayişi, fikir və təcrübə mübadiləsi,  eləcə də müzakirələr, panel sessiyaları, sərgilər və digər interaktiv tədbirlərin mərkəzi rolunu oynayır və həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən böyük maraqla qarşılanır. 

Belə ki, 9 noyabr tarixində iTicket.az platforması vasitəsilə start verilən Yaşıl Zona ödənişsiz biletlərin paylanması prosesinin yalnız ilk iki saatı ərzində bu məkanı ziyarət etmək və qlobal iqlim fəaliyyətinin bir hissəsi olmaq istəyənlər tərəfindən 5 mindən çox bilet əldə olunub. 

Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyətləri ilə bağlı bir sıra innovativ təşəbbüs və müzakirələr üçün dinamik platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bununla yanaşı, Yaşıl Zonada fəaliyyət göstərən dinamik “Extreme Hangout” sahəsi 6-18 yaş arası uşaq və gənc eko-çempionlar üçün nəzərdə tutulmaqla yaradıcı proqram təklif edir. Burada keçiriləcək müxtəlif mədəniyyət tədbirləri, performans və interaktiv sessiyalar həm uşaqlar, həm də onların valideynləri üçün maraq kəsb edəcək.  

Qeyd edək ki, Yaşıl Zona biletlərini iTicket platforması vasitəsilə əldə etmək mümkündür. Biletlər və Yaşıl Zona haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb-saytının müvafiq bölməsindən əldə edə, aidiyyəti suallarınızı isə [email protected] elektron poçt ünvanına yönləndirə bilərsiniz. 

Konfrans iştirakçılarının tədbir məkanına rahat çatmaları üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təmin edilən xüsusi marşrutlu avtobuslardan istifadə edə bilərlər. Rəqəmsal nəqliyyat xəritəsindən istifadə etməklə iştirakçılar şəhərin müxtəlif strateji məkanlarında yerləşən nəqliyyat qovşaqlarından ən yaxınını seçərək uyğun marşrutu təyin edə bilərlər. Konfans müddətində nəqliyyat məsələləri ilə bağlı daha ətraflı məlumat COP29 rəsmi vebsaytının nəqliyyat bölməsində yerləşdirilib. 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 11 Noyabr 2024 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see358

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see267

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see262

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see254

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see222

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see222

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see208

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see192

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see189

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see184

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see171

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see171

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see167

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see163

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see162

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see159

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see157

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see157

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see155

Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir

24 Avqust 2026 07:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri