Icma.az
close
up
RU
İlk 4 ayda dövlət və icmal büdcələr üzrə gəlirlər proqnozu üstələyib

İlk 4 ayda dövlət və icmal büdcələr üzrə gəlirlər proqnozu üstələyib

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Bu ilin yanvar-aprel aylarında xəzinədarlıq orqanları tərəfindən 376,6 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Cari ilin yanvar-aprel ayları ərzində dövlət büdcəsinin gəlirləri 13 milyard 564 milyon manat təşkil edib ki, bu da proqnozu 99 milyon manat və ya 0.7 faiz üstələyib.

Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 6 milyard 862,5 milyon manat təşkil edərək proqnozdan 129 milyon manat və ya 1.9 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 2 milyard 32,7 milyon manat təşkil edərək proqnozdan 6,7 milyon manat və ya 0.3 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 18,5 milyon manat təşkil edərək proqnozdan 2,4 milyon manat və ya 14.8 faiz, sair daxilolmalar 141,2 milyon manat təşkil edərək proqnozdan 38,3 milyon manat və ya 37.3 faiz çox, Dövlət Neft Fondundan transfert isə 4 milyard 280 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib. Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 229,1 milyon manat təşkil edərək proqnoza qarşı 74.7 faiz icra olunub.

Yanvar-aprel ayları ərzində dövlət büdcəsinin xərcləri 10 milyard 933,4 milyon manat proqnoza qarşı 10 milyard 531,1 milyon manat məbləğində icra edilib ki, bu da 96.3 faiz təşkil edir.

Hesabat dövründə icmal büdcənin gəlirləri 16 milyard 2 milyon manat, xərcləri isə 12 milyard 43,4 milyon manat məbləğində icra edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 May 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri