Icma.az
close
up
RU
İlk altı ayın iqtisadi yekunu: Səbəblər və təhdidlər...

İlk altı ayın iqtisadi yekunu: Səbəblər və təhdidlər...

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Pərviz Heydərov yazır...

Ölkə iqtisadiyyatı üçün cari ilin ilk yarısı uğurla başa çatıb. Halbuki, ilk aylar ərzində əldə olunan nəticələr müəyyən tərəddüdlər ortaya çıxarmışdı. Belə ki, ilə zəif iqtisadi artımla başlanması, neftin dünya bazar qiymətlərinin aşağıya doğru meyillənməsi, həmçinin inflyasiya tempinin yüksəlməsi bütövlükdə il ərzində qarşıya qoyulan proqnoz göstəricilərin özünü doğrultmayacağı düşüncəsi yaradırdı.

Lakin, neftin orta ixrac qiyməti dövlət büdcəmizdə nəzərdə tutulduğundan nisbətən yuxarı təşkil etdiyindən, üstəlik büdcə qənaətlə icra olunduğundan, həmçinin inflyasiya tempinə də tənzimləyici vasitələr təsir göstərdiyindən vəziyyət sabit qaldı və bunun üzərində də cüzi fərqlə olsa da müsbət nəticələr əldə edildi.

Məsələn, dövlət büdcəsi uğurla icra olunub.

Yanvar-iyun ayları ərzində büdcə gəlirləri 19 803.9 milyon manat təşkil edib ki, bu da nəzərdə tutulandan 704.8 milyon manat və ya 3.7% çox deməkdir. Xərclər isə 17 milyard 95.6 milyon manat olub. Nəticədə 2 milyard 708.3 milyon manat profisit yaranıb.

Doğrudur, qeyd oluna bilər ki, xərclər proqnozdan 1% az icra edilib. Ancaq nəzərə almalıyıq ki, gəlirlər və xərclər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5.1% və 6.5% çox yerinə yetirilib.

Bəli, məsələ bundadır ki, bu ilin dövlət büdcəsinin həcmi də artıqdır. Ona görə də, ilin ilk 6 ayı ərzində əldə olunan 2 milyard 708.3 milyon manat profisitin ötən ilin eyni dövrü ilə müqayisədə 3% az təşkil etməsi faktı da izaholunandır.

Bu arada, "Moody"s Ratings" beynəlxalq reytinq agentliyinin ölkəmizin suveren kredit reytinqi "Ba1"-dən "Baa3" investisiya səviyyəsinə qaldıraraq reytinq üzrə proqnozu müsbət saxlaması diqqəti cəlb edir. Bu fakt, büdcənin uğurlu icrası səbəbinə həm də digər tərəfdən aydınlıq gətirir.

Belə ki, dünyada aparıcı 3 beynəlxalq kredit reytinq agentliyindən biri olan "Moody"s"in ölkəmizə aid qeyd olunan proqnozuna dair açıqlamasında qeyd olunur ki, bu yanaşma iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq səviyyəsinin azalmasına görə tərtib olunub.

Bundan ötrü, elə söhbət açdığımız dövlət büdcəsi gəlirlərinin ilin birinci yarısında artıqlaması ilə yerinə yetirilməsi strukturuna diqqət yetirsək, kifayətdir.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 8 703.7 milyon manat təşkil edərək proqnozdan 466.4 milyon manat və ya 5.7%, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 3 091.1 milyon manat təşkil edərək 4.1 milyon manat və ya 0.1%, Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 21.9 milyon manat təşkil edərək 5.1 milyon manat və ya 30.3%, Dövlət Neft Fondundan (ARDNF) transfert isə 7 240.5 milyon manat təşkil edərək 100 % və sair daxilolmalar isə 434.6 milyon manat təşkil edərək 314.1 milyon manat və ya 3.6 dəfə çox icra edilib.

ARDNF-dən nəzərdə tutulan transfertin 100% yerinə yetirildiyini nəzərə almasaq, büdcəyə öhdəliklərin icrasında həqiqətən də müsbət elementlər vardır. Bu da ölkədə zəif də olsa iqtisadi aktivlik olduğunu göstərir. Buna şərait yaradan isə makroiqtisadi sabitlikdir.

Bu il iyulun 1-nə Azərbaycanda 1 630 743 vergi ödəyicisi olub. Bu, ötən il iyulun 1-i ilə müqayisədə 4.8% çox deməkdir. Ölkədə vergi ödəyicilərinin 86.9%-i fiziki, 13.1%-i isə hüquqi şəxslər və digər təşkilatlar olub ki, son 1 ildə fərdi sahibkarların sayı 4.4%, şirkətlərin sayısa 7.7% artıb.

İyunun sonuna ölkədə 197 038 kommersiya qurumu olub. Bu isə 1 il əvvələ nisbətən 8.1% çoxdur. Dövlət qeydiyyatında kommersiya hüquqi şəxslərin 91.7%-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1.1%-i səhmdar cəmiyyəti (SC), 1.1%-isə kooperativ və s. formalarda olub. Təkcə bu ilin I yarısında 6 814 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 88.9%-i yerli investisiyalı, 11.1%-i xarici investisiyalı sayılır.

Göstərilən tendensiyanı qoruyub saxlamaq lazımdır. Ümumiyyətlə, cari ilin ilk yarısının iqtisadi baxımdan uğurla yekunlaşmasının əsas səbəbləri sırasında da yuxarıda ilk olaraq nədən məhz, neftin orta ixrac qiymətinin dövlət büdcəmizdə nəzərdə tutulduğundan yuxarı təşkil etdiyi faktını misal çəkdim?

Çünki ölkəmiz üçün hər şeydən öncə neftin məhz dövlət büdcəmizdə fiksə etdiyimiz qiymətdən aşağı ola biləcəyi faktoru ciddi təhdid və təhlükə xarakteri daşıyır. Hansı ki, bunun da son həddi 50 ABŞ dolları və bundan aşağı sayılır.

Odur ki, qarşımızda duran əsas vəzifə ÜDM istehsalı həcminin artması qayğısına qalmaq və buna da qeyri-neft-qaz sektoru hesabına nail olmaqdır. Həm də yalnız bu zaman, büdcənin uğurlu icrası da dayanıqlı və davamlı xarakter daşıya bilər.

Belə ki, keçən il cari xərclərin 90.1%-i qeyri-neft-qaz sektoru üzrə daxilolmalar hesabına qarşılanıb ki, bunu 100%-ə çatdırmaq əsas hədəf hesab olunur.

İqtisadi artım məsələsinə gəldikdə isə, büdcə üzrə cari xərclər əgər, ən azı 70-80% qeyri-neft-qaz sektorundan əldə edilən gəlirlər hesabına təmin olunarsa, onda dünya bazarlarında qiymət rəqsləri ölkəmiz üçün ümumiyyətlə heç bir əhəmiyyət kəsb etməz və edə də bilməz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 İyul 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri