İlk dəfə MİQ də iştirak etdi, 93,75 bal topladı “Bakıda işləmək istəyirəm”
Icma.az, Modern.az saytına istinadən bildirir.
"Sistemli, ardıcıl və məqsədyönlü çalışma MİQ-də uğurun açarıdır"
Modern.az xəbər verir ki, bu sözləri MİQ imtahanında ingilis dili müəllimliyi üzrə 93,75 bal toplayan namizəd Leyla Rəhimova AzEdu.az-a açıqlamasında bildirib.
"Azərbaycan Dövlət Pedaqoji Universitetinin ingilis dili müəllimliyi ixtisasının məzunuyam. Bu gün ingilis dili fənni üzrə MİQ imtahanında iştirak etdim və 93,75 bal topladım. Bu, mənim MİQ imtahanında ilk iştirakım idi.
İmtahan sualları arasında həm asan, həm orta, həm də çətin səviyyəli tapşırıqlar var idi. Məni daha çox metodika sualları düşündürdü. İxtisas üzrə isə 40 sualın hamısını düzgün cavablandırdım. Bu nəticəni özümdən gözləyirdim və məqsədim yüksək nəticə əldə etmək idi.
Magistratura təhsilimi Naxçıvan Dövlət Universitetində almışam. İmtahana ciddi şəkildə hazırlaşmışdım və düşünürəm ki, əldə etdiyim nəticə bunun göstəricisidir.
Mənim fikrimcə, MİQ imtahanında uğur qazanmağın sirri sistemli, ardıcıl və məqsədyönlü çalışmaqdır. Qarşıya konkret hədəf qoymaq və həmin hədəfə doğru davamlı şəkildə irəliləmək yüksək nəticə əldə etməyə kömək edir.
Gələcəkdə fəaliyyətimi Bakı məktəblərində davam etdirmək istəyirəm. Burada yaşadığım üçün müəllim kimi Bakı məktəblərində çalışmaq mənim əsas hədəfimdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 18 İyul 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















