Icma.az
close
up
RU
İlk turda aşkar autsayder görünmədi Vaqif Sadıqov

İlk turda aşkar autsayder görünmədi Vaqif Sadıqov

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasında 1-ci tura yekun vuruldu. Çempionatın açılış oyunu nə ilə yadda qaldı, kim necə göründü, hansı komanda yay fasiləsindən lazımınca yararlana bilib?

Yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb onun bu kimi sualların cavabını öyrənmək, liqadan və komandalardan gözləntilərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu: 

"İlk tur maraqlı və gərgin keçdi. "Turan Tovuz" "Qəbələ" matçında gözlənilən oyun oldu. Komandalar öz güclərini göstərə bilmədilər. Lakin turlar ötdükcə biz artıq adaptasiya olmuş heyətlər görəcəyik. "Turan Tovuz"un hədəfi böyükdür. "Qonaqlar isə öz mövqeyini qorumağa çalışır. Tovuz təmsilçisi görüşü üstün keçirtdi. Lakin "qırmızı-qaralar" da müəyyən qədər bu hücumların cavabın verməyi bacardı. Qurban Berdiyevin də dediyi kimi, 3 xalı qazanmaq vacib idi və onlar bunu bacardı.
"Araz-Naxçıvan" və "İmişli" arasında keçən görüşdə parlaq oyun gözə çarpdı. Baxmayaraq ki, oyunçuların bir-birini tanıması üçün vaxta ehtiyacı var. Matç baxımlı alındı. Tərəflərin səylərinə baxmayaraq, qalibi müəyyən etmək olmadı.
"Sabah"a gəlincə, "Kəpəz" üzərində inamlı qələbə qazandı. "Sarı-göylər" də özünü göstərməyə, asan təslim olmamağa çalışdılar və fikrimcə, bunu bacardılar. Sevindiricidir ki, Azər Məmmədovun komandası uduzsa da, çempiondan çəkinmədi və yaxşı oyun nümayiş etdirdi. "Sumqayıt" - "Neftçi" matçı maraqla gözlənilən oyunlardan biri idi. "Flaqman" bu matçda mesaj verdi ki, zirvəyə oynamaq istəyir. "Ağ-qaralar" öz əzəmətinin qayıtdığını göstərməyə çalışdı. Oyun baxımından bakılılar daha üstün idi. "Sumqayıt"a isə vaxt lazımdır.
Daha bir baxımlı qarşılaşma "Zirə" və "Şəfa" komandaları arasında oldu. "Qartallar" öz ənənəvi oyununu oynadılar. Rəşad Sadıqovun komandası topa nəzarəti və hücumu öz əlində saxlamağı bacardı. "Şəfa" 80-90 faiz yenilənmiş heyətdir. Keyfiyyətə ehtiyac var. Zaur Həşimovun da dediyi kimi, zaman lazımdır.
Turun son matçı "Qarabağ" ilə "Şamaxı" arasında oldu. Ağdam təmsilçisi öz gücünü nümayiş etdirdi. Qonaqlar da yaxşı mübarizə apardılar.
Bir sözlə, bizi maraqlı çempionat gözləyir. Aşkar autsayder statusunda olan komanda yoxdur. Ən azından ilk turda görünmədi. Nə favorit, nə də autsayder haqda indidən heç nə demək olmur. Bunun üçün bir neçə tur da gözləmək lazım gəlir".

Əlisahib İbrahimli

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://fanat.az
archiveBu xəbər 18 Avqust 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri