Icma.az
close
up
RU
İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

İlk yarımildə 10,9 min yeni əlillik: Mütəxəssislər əsas səbəbləri AÇIQLADI

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin ilk altı ayında Azərbaycanda 10 mindən çox şəxsə ilkin əlillik təyin olunması diqqət çəkir. Rəqəmlər belə halların ildən-ilə artdığını deməyə əsas verməsə də, yarım il ərzində bu qədər insanda əlilliyə səbəb olan əsas amillərin nələr olduğu sual yaradır. 
Ən çox hansı xəstəliklər əlilliyə gətirib çıxarır? Bu halların qarşısının alınması hansı profilaktik tədbirlərlə mümkündür?
Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli Bizim.Media-ya açıqlamasında bildirib ki, bu dövrdə əlillik təyin olunan şəxslər arasında əsasən psixi və davranış pozuntuları, eləcə də sinir sistemi xəstəlikləri və travmalardan əziyyət çəkənlər yer alır:
“Problemlər kimi bədxassəli şişlər, stres hallarının artması, travmatik halların çox olması, keyfiyyətli qidalanmaya diqqətin az olması, insanların vaxtında müalicəyə və reabilitasiyaya meyilli olmaması hallarını qeyd etmək olar. 
Dayaq-hərəkət sistemi pozuntuları, ürək-damar və nevroloji xəstəliklər nəticəsində yaranan funksional məhdudiyyətlər, görmə və eşitmə problemləri, eləcə də müxtəlif travmalarla əlaqədar əlillik halları üstünlük təşkil edir”. 
 

D.Rəhimlinin fikrincə, səhiyyə sistemində daim yeni texnologiyaların və profilaktik tədbirlərin tətbiqinin genişləndirilməsi,  əhali arasında maarifləndirmə işlərinin daha effektiv aparılması, reabilitasiya siteminin geniş tətbiqi belə halların sayının azaldılmasına müsbət təsir göstərə bilər.


Sadalanan səbəblər arasında xüsusi yer tutan sinir sistemi və psixi pozuntuları hansı amillərdən qaynaqlanır? Bu xəstəliklər hansı hallarda əlilliklə nəticələnə bilər?
Nevroloq Röyanə Quluzadənin sözlərinə görə, nevroloji və psixi xəstəliklər nəticəsində əlillik hallarının müşahidə olunması təkcə tibbi səbəblərlə izah edilə bilməz:
“Yol-nəqliyyat hadisələri, istehsalat və məişət qəzaları, yüksək enerjili travmalar, həmçinin 2020-ci il Vətən müharibəsi və sonrakı dövrlərdə yaranmış döyüş zədələrinin uzunmüddətli nəticələri bu statistikaya müəyyən təsir göstərə bilər.
 

Müharibə zamanı ağır kəllə-beyin travmaları, onurğa beyni zədələri, amputasiyalar və periferik sinir zədələnmələri alan şəxslərin bir qismində illər sonra da funksional məhdudiyyətlər qalır və bəzi hallarda əlillik təyin olunmasına ehtiyac yaranır.


Posttravmatik stress pozuntusu (PTSP), depressiya, təşviş pozuntuları və digər ağır psixi xəstəliklər həm müharibə iştirakçıları, həm də travmatik hadisələr yaşamış mülki şəxslər arasında rast gəlinə bilər. Bundan əlavə, gündəlik həyatın stressi, sosial-iqtisadi çətinliklər və psixi sağlamlıq xidmətlərinə gec müraciət də əlillik riskini artıran amillərdəndir”.
R.Quluzadə vurğulayır ki, travmalar nəticəsində yaranan nevroloji zədələr bəzi hallarda əmək qabiliyyətini uzunmüddətli və ya daimi şəkildə məhdudlaşdıra bilər:
- ağır kəllə-beyin travmaları nəticəsində yaddaş, diqqət, nitq və davranış pozuntuları;
- onurğa beyni zədələri nəticəsində iflic və hərəkət məhdudiyyəti;
- periferik sinirlərin ağır zədələnməsi nəticəsində ətraf funksiyalarının itirilməsi;
- travmadan sonra inkişaf edən epilepsiya;
- davamlı xroniki ağrı sindromları və koordinasiya pozuntuları.
“Erkən diaqnostika və vaxtında reabilitasiya əlillik riskinin azaldılmasında həlledici rol oynayır. Travmadan sonrakı ilk günlərdən başlayan multidissiplinar reabilitasiya – nevroloq, fizioterapevt, reabilitoloq, psixoloq, loqoped və peşə terapevtinin birgə fəaliyyəti bir çox xəstədə funksional bərpanı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilir. Psixi pozuntular zamanı isə erkən psixiatrik və psixoloji yardım xəstəliyin ağırlaşmasının və sosial adaptasiya problemlərinin qarşısını almağa kömək edir.
Bu statistikanın azaldılması üçün yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, istehsalat qəzalarının profilaktikası, psixi sağlamlıq xidmətlərinin əlçatanlığının artırılması, insult və travma mərkəzlərinin inkişafı, regionlarda reabilitasiya xidmətlərinin genişləndirilməsi və müharibə iştirakçılarının uzunmüddətli tibbi-psixoloji izlənməsi mühüm əhəmiyyət daşıyır”,- o qeyd edib.
 

Nevroloq hesab edir ki, əlillik yalnız tibbi diaqnoz deyil, insanın funksional imkanlarının və cəmiyyətə inteqrasiyasının göstəricisidir. Buna görə də profilaktika, erkən diaqnostika, keyfiyyətli müalicə və reabilitasiya xidmətlərinin inkişafı həm fərdlərin həyat keyfiyyətini artırır, həm də gələcəkdə əlillik göstəricilərinin azalmasına töhfə verir.


Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi tərəfindən bu ilin birinci yarımilində 25,3 min şəxsə əlillik təyin edilib. Onlardan 10,9 min şəxsə ilkin, 14,4 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.
Xədicə Paşayeva, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Avqust 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri