Icma.az
close
up
RU
İlkin Fikrətoğlu “Qarabağ” belələrinin cavabını kübarcasına verir, baxırsan, doymursan”

İlkin Fikrətoğlu “Qarabağ” belələrinin cavabını kübarcasına verir, baxırsan, doymursan”

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“Bu cədvələ baxdıqca baxırsan, doymursan.

İnanılmazdır, amma yuxu deyil, reallıqdır”.

Bu sözlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində altıncı pillədə qərarlaşıb.

Bu, II turun oyunlarının nəticəsinə əsasən müəyyənləşib.

Azərbaycan çempionu ilə yanaşı, Almaniyanın "Bavariya", İspaniyanın "Real", Fransanın PSJ, İtaliyanın "İnter" və İngiltərənin "Arsenal" komandasının da altı xalı var.

İkinci turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini məğlub edən (2:0) "köhlən atlar" I turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib.

Tanınmış telejurnalist bu hadisə ilə bağlı deyib:

“Avropanın ən nüfuzlu klub turnirinin sıralamasında 36 iştirakçı arasında hər iki oyunda qələbə qazanan 6 komanda var və onlardan biri bizim “Qarabağ”dır.

Adlara baxın: Almaniya, İspaniya, Fransa, İtaliya, İngiltərə və yığma komandasına, milli çempionatına görə bu ölkələrdən yerlə göy qədər uzaq olan Azərbaycan.

Bu, artıq “Qarabağ” futbol klubunun təkcə bir idman yarşında qələbəsi deyil, həm də mənəvi-psixoloji cəhətdən zəfəridir, Avropa futboluna əzələ nümayişidir.

Bəli. qarşıdakı oyunlardan sonra “Qarabağ” bu mövqeyini tərk edə də, lap 25-ci yerə də yuvarlana bilər.

Amma faktiki bu gün dünyanın istənilən nöqtəsindəki misterler, serlər, sinyorlar Çempionlar Liqasının hazırki turnir cədvəlinə baxıb, təəccüb və heyrət dolu sual icində qalır.

Bu “Qarabağ” həqiqətənmi Azərbaycan futbolundan çıxıb? “Qarabağ” zaman-zaman öz gücünü, statusunu Avropadakılara qəbul etdirərək, buralara gəlib.

Düzdür, “Qarabağ”a məğlubiyyəti həzm edə bilməyən, Joze Mourinyo kimi “problem “Benfika”nın “Çelsi”yə uduzması deyil, “Qarabağ”a uduzmasıdır” düşüncəsində olan eqoist avropolılar da var.

“Qarabağ” belələrinin cavabını həm meydanda, həm də meydandan kənarda kübarcasına, təvazökarlıqla verir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Oktyabr 2025 00:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see240

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see239

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see196

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see191

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see184

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see179

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see173

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see152

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see148

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see147

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see146

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see142

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see137

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see135

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see131

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see131

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri