Icma.az
close
up
RU
“İllər ərzində doğmalaşdığım kollektivdən ayrılmaq asan olmasa da...”

“İllər ərzində doğmalaşdığım kollektivdən ayrılmaq asan olmasa da...”

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

“Son günlər KOBİA ilə AZPROMO-nun birləşməsi və yeni qurumda fəaliyyətimi davam etdirib-etdirməyəcəyimlə bağlı media və sosial şəbəkələrdəki dostlarımdan çoxsaylı suallar alıram. Maraqlanan hər kəsə təşəkkür edir və bəzi qeydlərimi bölüşmək istəyirəm.Hərbi xidmətdən dərhal sonra əmək fəaliyyətimin təxminən 19 ili SOCAR-da keçib. Müxtəlif strukturlarda və müxtəlif vəzifələrdə çalışdığım bu illər mənim üçün həqiqətən məktəb oldu. 2021-ci ildən fəaliyyətimi İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) davam etdirmişəm”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

O, bildirib ki, burada 5 ildən artıq müddətdə məsul vəzifələrdə çalışaraq sahibkarlığın inkişafı, dövlət-biznes münasibətləri, iqtisadi təşəbbüslərin hazırlanması və qiymətləndirilməsi, institusional idarəetmə sahələrində idarəetmə təcrübəsi qazanmışam:
“Bu illərdə İqtisadiyyat Nazirliyində və onun qurumlarında çoxsaylı peşəkar insanlarla tanış olmuş, birgə çalışmış, fikir və təcrübə mübadiləsi aparmış, onlardan çox şey öyrənmişəm. Amma ictimaiyyət məni daha çox iqtisadçı-ekspert kimi tanıyıb. Düzdür, iqtisadçı ekspert kimi televiziya, xəbər agentlikləri və digər media qurumları ilə müntəzəm əməkdaşlıq etmişəm. Amma bundan başqa SOCAR və KOBİA-da çalışdığım illərdə əsas işimlə paralel olaraq müxtəlif dövlət komissiyalarında uzun müddət təmsil olunmuşam. İşdən sonra, axşam saatlarında ali məktəblərdə strateji idarəetmə və digər istiqamətlər üzrə pedaqoji fəaliyyət göstərmişəm. Dövlət qurumları ilə ekspert səviyyəsində əməkdaşlıq etmişəm. Biliklərimi artırmaq üçün müxtəlif sertifikatlar, o cümlədən Harvard Business School-dan idarəetmə üzrə sertifikat əldə etmişəm. 5 kitab yazaraq şəxsi vəsaitim hesabına nəşr etdirmiş və maarifləndirmə məqsədilə müxtəlif qurumlara, kitabxanalara və digər maraqlı tərəflərə təqdim etmişəm”.

E.Əmirov deyib ki, həm kitablarımda, həm ictimai çıxışlarımda və həm də media ilə əməkdaşlığımda əsas məqsədim ölkəmizin iqtisadi inkişafına töhfə vermək, cənab Prezident İlham Əliyevin iqtisadi siyasətini dəstəkləmək, həyata keçirilən islahatları və iqtisadi inkişaf prioritetlərini cəmiyyətə daha sadə və anlaşıqlı dildə çatdırmaq, mövcud problemlərlə bağlı təklif və təşəbbüslərlə çıxış etmək olub:

“İndi isə hadisələrin təbii axarı peşəkar fəaliyyətimdə yeni mərhələyə keçid üçün zəmin yaradıb. Belə ki, KOBİA ilə AZPROMO-nun birləşməsi nəticəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılır və hər iki qurumun funksiyaları yeni agentlik çərçivəsində davam etdiriləcək. Mənim üçün isə bu dəyişiklik KOBİA-da 5 ildən artıq davam edən fəaliyyətimi yekunlaşdırmaq və peşəkar fəaliyyətimin növbəti istiqaməti ilə bağlı yeni qərarlar vermək üçün uyğun bir zaman olduğunu düşündüm. Düzdür, illər ərzində doğmalaşdığım kollektivdən ayrılmaq asan olmasa da, öz istəyimlə bu qərarı verdim. Bu illərdə mənə göstərilən etimada və yaradılan fəaliyyət imkanlarına görə İqtisadiyyat Nazirliyinin rəhbərliyinə və KOBİA-nın rəhbərliyinə təşəkkür edirəm.Yeni yaradılan qurumun rəhbərliyinə və burada fəaliyyətini davam etdirəcək bütün əməkdaşlara isə uğurlar arzulayıram. İnanıram ki, yeni yaradılan bu qurum indiyədək formalaşmış təcrübə və görülmüş işlər üzərində fəaliyyətini daha da inkişaf etdirərək, ölkəmizdə KOB sektorunun inkişafına ciddi töhfələr verəcəkdir. Beləliklə, arxada 25 ilə yaxın əmək fəaliyyətim var. Bu illər ərzində fərqli sistemlərdə, fərqli komandalarla və fərqli məsuliyyətlər daşıyaraq kifayət qədər zəngin peşəkar təcrübə qazandığımı düşünürəm. Növbəti peşəkar fəaliyyətimin hansı istiqamətdə davam edəcəyi ilə bağlı isə hələ yekun qərar verməmişəm”.

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Oktyabr 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri