Icma.az
close
up
RU
İllərdir bütün siyasi fəaliyyətinizdə yalnız tənqid, böhtan və destruktiv siyasi xətt götürmüsünüz

İllərdir bütün siyasi fəaliyyətinizdə yalnız tənqid, böhtan və destruktiv siyasi xətt götürmüsünüz

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


İnsanlar düşüncəli fəaliyyət göstərməlidir, çünki bu, insanların formalaşma dövründən sonrakı həyat nəzəriyyəsidir. Bəli, insanlar həm təbii, həm də ictimai məxluq sayılır. Bu, sovet vaxtının biologiya elminin bizə öyrətdiyi biliklərdir. İctimailəşə bilməyənlər insanlıq dəyərlərini itirənlərdir. Düşüncəli fəaliyyət göstərənlər ardıcıl fəaliyyət göstərir, danışdıqları sözlər bir-birini təkzib etmir. Lakin ardıcıl olaraq mütəmadi fikirlərini dəyişən, dəyişkən siyasi həyat tərzi keçirən siyasətçilərimiz də mövcuddur. Həmişə vəziyyətin tərəfində olan, prinsipsiz, opportunist siyasətçilər – yəni şəxsi maraqları üçün tez-tez tərəfini, mövqeyini, özünü dəyişən, dəyərlərə və milli prinsiplərə sadiq qalmayan, natamamlıq kompleksi yaşayan siyasətçilər də var.
Bunlar heç vaxt stabil, sabit və sadiq olmayan siyasətçilərə, həm də düşüncəli fəaliyyət göstərə bilməyənlərə aiddir. Bu cür yanaşma ilə siyasətdə uğur qazanmaq ümumiyyətlə mümkün deyil. Əksinə, bu, həm cəmiyyətə, həm də bəşəriyyətə ziyanlı bir həyat fəlsəfəsidir.
Biz bilirik ki, insan şərtsiz reflekslərlə həyata gəlir, lakin şərtli refleksləri sonradan qazanır. Şərtli refleksləri hər kəs qazana bilmir: davranış qaydaları, elm öyrənmək, ictimailəşmə, sosiallaşma, mükəmməlləşmə – bütün bunları qazana bilməyənlər, yəni şərtli refleksləri yaşadığı müddət ərzində özündə cəmləşdirə bilməyənlər uğursuz buqələmunlardır.
Nəzərə alın ki, bu gün sosiallaşma və ictimailəşmə prosesində neqativ kontekstdə çoxlu insanlar var. Bu isə texnoloji inqilabın yaratdığı mənfi xüsusiyyətlərdən biridir. Bu hal siyasi sahədə də mövcuddur, digər sahələrdə də. Amma bu heç də onların mükəmməl olduğu anlamına gəlmir. Qətiyyən! Mükəmməl insan ilk növbədə dövləti və milləti üçün faydalı olmalıdır. Mənim nəzərdə tutduğum insanlar isə faydasızdır – özünə belə fayda verə bilməyən, daxili çatışmazlıqlarını başqalarının uğuruna hücumla gizlətməyə çalışan, dövlətin uğurunu və rəqibin uğurunu özünə təhqir kimi qəbul edən bu narsist “neandertal məxluqlar” əslində öz addımları ilə sübut edirlər ki, siyasi hanibalizm xəstəliyinə tutulublar.
Lakin “kromanyon” insanlar bu gün də öz əcdadlarına sadiq qalaraq müasirliyi, texnoloji nailiyyətləri dünya təcrübəsi ilə birgə daşıya bilir. Onlar dövləti və xalqı üçün daim düşüncəli addımları ilə seçilirlər. Qoy siyasi “haniballar” öz çirkin, qısqanc siyasi “neandertallıqlarını” davam etdirsinlər. Onlar beyinlərində öz xüsusiyyətləri və xarakterlərinə görə yandırdıqları neyronların fəsadlarını çəkirlər.
Siz insana lazım olan bütün müsbət keyfiyyətlərdən məhrum olan zavallılarsınız.
Səbəb? Qarabağa getmirəm – kimdənsə icazə almaq istəmirəm. Bu nə təfəkkürdür, ay zavallı “siyasətşünas”? Zatən bu ölkədə yaşayanların əksəriyyətinin etimadı və səsi ilə seçilən İlham Əliyevin qərarları və sərəncamları ilə həyat trayektoriyanızı qurmursunuzmu? Siz bu gün bu ölkənin qanunları ilə yaşayırsınız. Bu ölkədə fəaliyyətiniz konstitusiya ilə təsbit olunmur? Nə icazə?! Qarabağda dağıdılmış, vandalizmə məruz qalmış torpaqların minalardan təmizlənmə prosesi, yeni həyatın qurulması üçün görülən təhlükəsizlik tədbirlərindən irəli gələn tələbləri siz cəmiyyətə bu cür təqdim edirsiniz. Bax, vəziyyətə uyğun öz maraqlarına xidmət edən “oportünist” sizlərə deyilir!
İllərdir siz bütün siyasi fəaliyyətinizdə yalnız tənqid, böhtan və destruktiv siyasi xətt götürmüsünüz. Lakin dəfələrlə siyasi lider diplomatik uğurları ilə sübut etdi ki, siz yanlış yoldasınız. İctimai şəkildə etiraf etməsəniz də, öz içinizdə natamamlıq sindromunun zərbələrindən şoka düşmüsünüz. Bu şokdan məhz bu hakimiyyət sizi ayıltdı. Çünki bu davamlı uğurların sonuna qədər bu sindromu yaşayıb görməyiniz lazımdır. Hər böhtanınıza cavab nəticəli siyasi addımlarla verilsə də, siz öz ampulanızdan çıxa bilmirsiniz. Çünki siz ictimailəşə bilmədiniz, daşlaşmış təfəkkürdən azad ola bilmədiniz
İcazə məsələsinə gəldikdə isə – ev tapşırığını yerinə yetirə bilmədiyiniz üçün bizə görə siz həmişə icazə almalısınız.
Sizin “ev tapşırığınız” isə insanlıq meyarlarını özünüzdə cəmləşdirməkdən keçir. İnsan olun!
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Avqust 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri