İllərdir zibil bilib atırdıq Min dərdin dərmanı imiş
Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.
Uzun illər tullantı kimi qəbul edilən qarğıdalı saçaqları son dövrlərdə tərkibindəki faydalı maddələrlə diqqət çəkməyə başlayıb.
Musavat.com xəbər verir ki, antioksidant, lif, vitamin və minerallarla zəngin olduğu bildirilən qarğıdalı saçaqlarının xüsusilə böyrək sağlamlığını dəstəklədiyi və sidikqovucu təsir göstərdiyi qeyd olunur.
Mütəxəssislərin sözlərinə görə, qarğıdalı saçağı bəzi hallarda diabet, yüksək təzyiq və böyrəklərlə bağlı problemlərdə dəstəkləyici vasitə kimi istifadə edilə bilər. Onun orqanizmdə maye balansına təsir etdiyi və immun sisteminə faydalı ola biləcək təbii maddələr ehtiva etdiyi bildirilir.
Lakin qarğıdalı saçağının müalicə vasitəsi olmadığı və xüsusilə xroniki xəstəlikləri olan şəxslərin müntəzəm istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsinin vacib olduğu vurğulanır.
Məqalədə verilən reseptə görə, bir stəkan qaynar suya bir xörək qaşığı qarğıdalı saçağı əlavə edilir və 10-15 dəqiqə dəmlənir.
Daha sonra süzülərək içilir. İstəyə görə çaya darçın çubuğu və ya limon dilimi əlavə etmək mümkündür.
Mənbədə gündə bir fincan qəbul edilməsi tövsiyə olunur. Qarğıdalı saçağının mümkün faydalarından yararlanmaq üçün təmiz və qatqısız məhsullardan istifadə edilməsinin vacib olduğu bildirilir.
Baxış sayı:106
Bu xəbər 22 Sentyabr 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















