Icma.az
close
up
RU
İllüziyalar tükənəndə

İllüziyalar tükənəndə

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliya kinosunun əfsanələrindən olan Ettore Skola 1979-cu ildə "Terras” filmini çəkir. Dövrünün məşhur aktyorları filmdə yer alır: Mastroyanni, Qassman, Trentinyan, Tonyassi, Sandrelli... Mövzu tarixən əbədi olsa da, o illərin kinosu üçün yenidir - itirilmiş illüziyaların gətirdiyi boşluq.

Satirik motivli faciəvi komediyada Skola öz nəslinin gənclik ideallarını yolun hansısa döngəsində salıb itirmiş nümayəndələrinin ümumi obrazını yaradır. Düzdür, nəsillər mövzusu rejissor üçün yeni deyildi. "Terras”dan 4 il əvvəl "Biz bir-birimizi elə sevirdik ki” filmini çəkmişdi. Orada faşizmə qarşı vuruşmuş üç keçmiş partizanın həyat dramı əks olunurdu. Üç dostdan biri sevgisini var-dövlətə dəyişir (və utanc hissi onu son səhnəyə qədər bu metamorfozu digər gənclik dostlarından gizlətməyə vadar edir). İkinci dost dünyanı dəyişmək haqda qlobal ximeralarla qocalır və ona acıyırsan. Yalnız biri sevgisini tapır, onillər boyu sanitar kimi çalışır, bütün məişət çətinliklərinə baxmayaraq, onu bəxtli saymaq olar. Yəni, o filmdə heç olmasa kimsə özünü tapıb (baxmayaraq ki, yoxsuldur).

Skolanın 1983-cü ildə çəkdiyi "Bal” filmində də yenə nəsillər mövzusu mərkəzdədir. Filmdə söz yoxdur, ancaq hər şey anlaşılandır. Bütün hadisələr 50 il ərzində Parisin rəqs zallarından birində cərəyan edir.  Bayırda dövrlər bir-birini əvəzləyir: 1930-cu illərdə Xalq Cəbhəsinin qələbəsi, ardından nasist işğalı, Müqavimət hərəkatı, Qələbə, siyasi qızdırmalar, Əlcəzair savaşı, 68-in mayı. Musiqi, geyim, davranış dəbləri dəyişir, iştirakçıların bəziləri epizodikdir, bəziləri film boyu rəqs zalındadır. Və beləcə, bayırdakı təlatümlərin fonunda əbədi, dəyişməz rəqs. Hər şey dəyişir və heç kim dəyişmir.

"Terras”da isə vəziyyət total faciəvidir. Üstəlik, filmdə olduqca çox dialoq var (və yaxşı ki). Sanki Skola bu filmində "Yeni dalğa”çılar və Qodarın üslubunu seçib - əsas olanı kadrlar deyil, sözlərdir. İnsan gördüyündən çox eşitdiyinə inanır (Sonralar, buna 1989-cu ilin dekabrının Rumıniya hadisələri fonunda "Timişoara effekti” adı veriləcəkdi).

Və bu filmdə hamı bədbəxtdir. Nə qəribə ki, onlar özləri də bunun fərqindədirlər, ancaq heç nəyi dəyişmək istəmirlər. Onlar hələ sağdırlar, ancaq artıq ölüblər.

Romanın intellektual elitası, "cəmiyyətin qaymaqları” mütəmadi olaraq kübar məclisdə bir araya gəlirlər. Və bu, üzün illərdir davam edir, hamı bir-birinə doğmalaşıb. Aralarında senaristlər, qəzet və televiziya jurnalistləri, kommunist deputat, siyasətçilər, kinoprodüser var. Nə vaxtsa onlar faşizmə qarşı mübarizə aparıblar, gizli fəaliyyətdən və həbs düşərgələrindən keçiblər. Ancaq çoxdandır ki, Azadlığın və diktaturadan qurtuluşun gətirdiyi sevinc və fərəh hissini unudublar. Onların arzu və ümidləri qalmayıb. Qalan isə biganəlik, məqsədsiz mövcudluq, mənəvi ölümdür. Aralarındakı növbəti "bəxtəvər”i dəfn edib yenidən terrasda toplaşırlar. Və ömür sonadək elə bu cür də davam edəcək. "Mən bir də bura gəlməyəcəm. Burada həddən ziyadə kloun var” deyən kommunist deputat hər dəfə yenidən bura qayıdacaq. "Qəzet siyasətini dəyişib, mürtəce olub? Mənsiz keçinin. Mənim adım var” deyən jurnalistin cavabı isə "Ona görə də məqalələrini psevdonimlə yazırsan” kimidir.

Bir sözlə, sirk gedib, klounlar qalıb.

Və ən qəribəsi odur ki, onların hər biri sözdə tənqid etdikləri istehsal cəmiyyətinə nəinki uyğunlaşıb, üstəlik bu cəmiyyətin təbliğçiləridir. Onlar eyni zamanda cəmiyyətin dəbyaradanlarıdır. Ruhları əriyib, yalnız fiziki qişaları qalan bu şəxslər zəngindirlər, onların ixtiyarında kino, televiziya, qəzetlər, parlament var. Həmfikirləri etiraz əlaməti olaraq çoxdan təftişçi yığnağa çevrilmiş partiyadan çıxanda kommunist deputat onlara qoşulmur, o vaxtdan nitqləri də, siyasi fəallığı da vur-tut trafaretdir. Bu cəhətdən Skola öncəgörəndir. Nə vaxtsa Qramşinin yaratdığı, faşizmə qarşı mübarizənin avanqardı olmuş, 1940-60-cı illərdə ətrafında milyonlarla insanı birləşdirmiş İtaliya Kommunist Partiyası filmin ekranlara çıxmasından cəmisi on il sonra adındakı "kommunist” sözünü "Demokratik Sol” abrakadabrası ilə əvəzləyərək tarixi xəyanətinə imza atacaqdı. Elə Skolanın filmində də partiyanın qurultayından kadrlar Onore Domyenin karikaturalarındakı personajları xatırlatmağa başlayır. İllüziyaçılar istedadsızdır, fokus inandırmır.

Qarşımızda liberal intellektualların antitəkamülünün xronikası var.

Çoxdan respektabelli burjualara çevrilmiş bu intellektuallar hələ də özlərinin yaradıcılıq azadlığı və şəxsi uğur illüziyalarını birdəfəlik dəfn etmək gücündə deyillər. Ancaq həyat mənasını itirirsə, boşluğu əyləncə doldurur. Və məqsədsiz ömür üçün əyləncə ağrıkəsici funksiyasına iddia edir. Onların əyləncəsi də dövri təkrarlanan kübar məclislərdir. Burada onlar ağızları yeməklə dolu vəziyyətdə nonkonformizmdən, Qiyamdan danışırlar, ancaq bütün bunlar sadəcə vərdişdir, onları bir yerə toplayan isə tənhalıq qorxusudur.

Onlar bir-birinin yanında təsəlli tapmağa çalışırlar. Artıq nə gələcək var, nə də daxili enerji. Dünənki qiyamçıların ideya konformizmi onları tam iflasa gətirib çıxarıb.

Skola əsas beş obrazın - senarist Enriko, jurnalist Luici, televiziya redaktoru Sercio, prodüser Amedeo və parlamentin üzvü Marionun timsalında özlərinin keçmiş nonkonformist cəhdlərini istehlak ideologiyasına uyğunlaşdırmış bütöv bir nəslin degenerasiyasını göstərir. Bu nəsil sadəcə ətalətlə mövcudluq keçirir, çünki yüksək məqsədlərin yox olması ilə həyatın mənasından da məhrum olub.

Onlar şəxsi uğuru imitasiya edirlər, halbuki hamısı böhran içindədirlər.

*

Ölümündən 5 il əvvəl - 2011-ci ilin yayında 80 yaşlı Ettore Skola kinematoqrafdan getdiyini elan etdi. 

İzahı lakonik oldu: "Kino istehsalının indiki qanunları mənə uyğun deyil. Mənim üçün seçim azadlığı və "yox” demək hüququnu saxlamaq vacibdir. İndiki qaydalar özümü azad hiss etməyimə mane olur. Bu gün hər şeyi bazar həll edir”...

Məmməd Süleymanov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 13 Fevral 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see409

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see352

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see247

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see236

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see212

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see211

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see209

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see207

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see203

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see197

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see185

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see184

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see181

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see174

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see172

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see168

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see166

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see165

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see164

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri