İlon Mask ABŞ nin media siyasətini tənqid etdi
Hökumətin mediaya xərcləri, o cümlədən "Associated Press" xəbər kanalına abunəliyi vergi ödəyicilərinin pullarının israfıdır və bu dayandırılacaq.
Teleqraf.com xəbər verir ki, bunu iş adamı və ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask "X" sosial şəbəkəsində yazıb.
Mask ABŞ hökumətinin "Associated Press" xəbər agentliyinə milyonlarla dollar ayırmasını tənqid edib.
"Bu uzun zaman davam etməyəcək. Bu, açıq-aşkar vergi ödəyicilərinin pullarının israfıdır!" – sahibkar şikayətlənib.
Baxış sayı:33
Mənbə:https://teleqraf.com