Icma.az
close
up
RU
Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? AÇIQLAMA

Qışda qəza riskini azaltmaq üçün sürücülər nə etməlidir? AÇIQLAMA

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Qış mövsümündə hava şəraitinin dəyişməsi avtomobillərin idarə olunmasını çətinləşdirir. Yağış, qar və şaxta yollarda sürüşmə riskini artırmaqla yanaşı, texniki nasazlıqların da qəzalara səbəb olma ehtimalını yüksəldir. Bu səbəbdən sürücülərin avtomobillərini qış mövsümünə uyğun hazırlaması vacibdir.

Avtosfer.az xəbər verir ki, qış mövsümündə avtomobillərin texniki hazırlığı və sürücülərin təhlükəsizlik qaydalarına əməl etməsi xüsusi əhəmiyyət daşıyır. 
Bəs sürücülər avtomobillərini qışa hazırlayarkən nələrə diqqət etməli və əlverişsiz hava şəraitində hansı qaydalara əməl etməlidirlər?

Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-açıqlamasında bildirib ki, qış aylarında sürücülərin yol verdiyi əsas səhvlərdən biri avtomobillər arasında təhlükəsiz ara məsafəsinin düzgün seçilməməsi və sürət həddinə əməl olunmamasıdır:

"Xüsusilə qarlı və buzlu yollarda, eləcə də enişli-yoxuşlu ərazilərdə avtomobil idarə etmək təcrübəsi az olan sürücülər daha çox çətinlik çəkirlər. Belə hallarda sürücülərə sürəti azaltmaq, mexaniki sürətlər qutusunda aşağı ötürmələrdən, avtomatik transmissiyalı avtomobillərdə isə tiptronik rejimdən istifadə etməklə mühərrik əyləcləməsinə üstünlük vermək tövsiyə olunur. Əyləc pedalından kəskin istifadə avtomobilin sürüşməsinə səbəb ola bilər. Digər tərəfdən, avtomobillərin qış mövsümünə texniki hazırlığı da xüsusi əhəmiyyət daşıyır. Sürücülər şinlərin protektorlarının vəziyyətini yoxlamalı, xüsusilə rayonlara səfər edənlər qış təkərlərindən istifadə etməlidirlər. Eyni zamanda, əyləc mayesinin, antifrizin, avtomobilin alt işlək hissələrinin, sükan mexanizminin və təkərlərin razval-sxodkasının saz vəziyyətdə olmasına diqqət yetirilməlidir. Antifrizin əvəzinə sudan istifadə etmək mühərrikə zərər verə bilər. Bakı kimi qışı nisbətən mülayim keçən ərazilərdə protektorları saz olan şinlərdən istifadə mümkün olsa da, sərt qış şəraiti olan rayonlarda mövsümə uyğun təkərlərin seçilməsi vacibdir".

Fatimə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Noyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri