Icma.az
close
up
RU
İlon Mask Marsda koloniya qursa, mən də bilet almağı planlaşdırıram”

İlon Mask Marsda koloniya qursa, mən də bilet almağı planlaşdırıram”

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az
“İnsanlığın gələcəyi kosmosdadır. Çünki insan oğlu yeni yerləri kəşf etməyi çox sevir. Bu bizim təbiətimizdə var. Dünyada artıq kəşf edəcəyimiz çox yer qalmayıb. Hər yeri ələ keçirmişik. Bundan sonrakı addım kosmosun araşdırılması olacaq”. 


Bu fikirləri Banco.az-a  professor, süni intellekt sahəsi üzrə tədqiqatçı Dərya Unutmaz deyib. 
O hesab edir ki, insanlar artıq bir əsr sonra  başqa ulduzlara səyahət edəcək, orada yeni inanılmaz həyat formaları, yeni planetlər tapacaqlar. 
“Biz  buna nail olmaq üçün qocalma prosesini dayandırmalıyıq. Çünki bu cür səyahətlər yüz illərlə davam edə bilər. Burada iki əsas sual var: Kosmosda aparılan elmi araşdırmalar yerə necə fayda verə bilər? İkinci sual odur ki,  kosmosdakı tədqiqatlar başqa planetlərdə yaşamağa necə kömək edə bilər?
Kosmosda yaşadıqda daha çox radiasiyaya məruz qalırıq. Yer çəkiminin olmaması isə bir çox problemlərə səbəb olur. Tutaq ki, Marsa getdiniz, orada yerin cazibə qüvvəsi daha azdır. Orada həyat necə davam edəcək? Havadan tutmuş ətraf mühitə qədər fərqli şərait var. Bu iki mövzu üzərində aparılan araşdırmalar çox vacibdir.
Yer üçün faydalarına baxsaq, qravitasiyanın olmadığı mühitdə hüceyrələr və molekullar fərqli davranır. Bəzi proteinləri və kimyəvi maddələri istehsal etmək daha asan olur. Gələcəkdə, bəlkə də, dünyanın orbitində biotexnologiya fabrikləri qurulacaq. Bu fabriklərdə istehsal olunan daha keyfiyyətli və ucuz məhsullar yerə göndəriləcək.
Bəzi bioloji orqanizmlər radiasiyaya davamlıdır. Çünki onların bədənində xüsusi proteinlər var və radiasiyanın yaratdığı zərəri tez bərpa edə bilirlər. Əgər bunu insanlara tətbiq edə bilsək, radiasiyaya daha dözümlü ola bilərik”.
Professor düşünür ki, genetik xəstəliklər və yaşlanmanın qarşısını almaqla daha çox elmi kəşflər etməyə imkan tapa bilərik.
“Qravitasiya qüvvəsinin olmaması əzələlərin zəifləməsinə səbəb olur. Bunu gücləndirən dərmanlar hazırlansa, qocalma ilə bağlı problemlər də həll edilə bilər. Çünki yaşlandıqca əzələlər zəifləyir. Halbuki bir molekul vasitəsilə əzələlərin və sümüklərin daha sağlam qalmasını təmin edə bilərik. Kosmosdakı bu araşdırmalar çox həyəcanvericidir. Elon Musk Mars koloniyası qursa, mən də bilet almağı planlaşdırıram.
Əgər yaşlanmanı dayandırmağı bacarsaq,  alzheimer, parkinson kimi xəstəlikləri də sağalda bilərik. İsveçrədə bir alim dostumla parkinson xəstəliyi ilə bağlı bir layihə üzərində çalışdıq. Süni intellekt vasitəsilə yüzlərlə geni analiz etdik və onların necə işlədiyini, Parkinsona necə səbəb olduğunu müəyyən etdik. Bir gün içində 50 səhifəlik bir hesabat hazırladıq və indi bu araşdırma klinik sınaq mərhələsinə keçib.
Bu metod alzheimer üçün də tətbiq oluna bilər. Süni intellekt hansı genlərin və proteinlərin xəstəliyə səbəb olduğunu təyin edib, ona qarşı dərman hazırlamağa kömək edə bilər. Xəstəliyi əvvəlcədən müəyyən etmək və qarşısını almaq müalicədən daha vacibdir. Əgər genetik olaraq risk daşıyırsınızsa, müəyyən maddələrlə bu riski azalda bilərik. Hətta xəstəlik baş verərsə, onu müalicə edib geri qaytarmaq mümkündür”.
Müsahibimiz onu da vurğulayıb ki, 2025-ci ildə süni intellekt sahəsində böyük sıçrayış olacaq:
“Xüsusilə, AI agentləri adlandırılan sistemlər inkişaf edəcək. Bu sistemlər sizin adınıza işləyəcək, məsələn, onlara bir problem verirsiniz və onlar internetdə araşdırma edib, həll yolu tapırlar. Süni intellektin köməyi ilə hazırlanmış dərmanlar 2025-ci ildə klinik sınaqlara başlayacaq. Bu, tibb sahəsində inqilab yaradacaq. Xəstəliklərin diaqnozu və müalicəsi daha sürətli olacaq. İnsanlar xəstələndikdə əvvəlcə süni intellektə müraciət edəcək və süni intellekt onlara nə etməli olduqlarını deyəcək. Həkimlər isə daha çox məsləhətçi rolunda olacaq.
Gələcəkdə hər şagirdin özünə məxsus süni intellekt müəllimi olacaq. Bu, fərdi tədris imkanlarını artıracaq və təhsili daha səmərəli edəcək. Ümumiyyətlə, 2025-ci il həyatımızın hər sahəsində süni intellektin təsirini daha çox hiss edəcəyimiz bir il olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://banco.az
archiveBu xəbər 24 Yanvar 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri