Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

İlon Maskın 2036 proqnozu müzakirə yaratdı KONKRET

İlon Maskın 2036 proqnozu müzakirə yaratdı KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İqtisadçı Eldəniz Əmirov “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Maskın son açıqlamalarını şərh edərək, onun 2036-cı ildə pulun böyük ölçüdə əhəmiyyətini itirəcəyi ilə bağlı proqnozunu əsassız adlandırıb.

KONKRET.az xəbər verir ki, iqtisadçı sosial şəbəkə hesabında bildirib ki, İlon Mask müsahibəsində ictimai diqqəti cəlb edəcək və öz biznes maraqlarına xidmət edə biləcək kifayət qədər iddialı fikirlər səsləndirib.

Eldəniz Əmirov Maskın beş il ərzində süni intellektin bütün insanların ümumi intellektini üstələyəcəyi fikrinə də münasibət bildirib. Onun sözlərinə görə, “bütün insanların ümumi intellekti” anlayışının elmi ölçüsü yoxdur və insan intellekti yalnız hesablama qabiliyyəti ilə məhdudlaşmır. Yaradıcılıq, emosional zəka, sosial intuisiya və fiziki dünya ilə qarşılıqlı əlaqə kimi amillərin də nəzərə alınmalı olduğunu vurğulayıb.

İqtisadçı, həmçinin Maskın yaxın 10 ildə insanların süni intellekt üzərində tam nəzarəti saxlaya bilməyəcəyi barədə fikrinin yeni olmadığını qeyd edib. O bildirib ki, OECD, Dünya Bankı və BMT artıq uzun müddətdir süni intellektin sürətli inkişafının idarəetmə və hüquqi tənzimləmə baxımından risklər yaratdığını öz hesabatlarında vurğulayır.

Eldəniz Əmirovun ən sərt tənqidi isə Maskın robotların bolluq yaradacağı və 2036-cı ildə pulun əhəmiyyətini böyük ölçüdə itirəcəyi barədə proqnozuna yönəlib.

Onun fikrincə, robotlar istehsalın məhsuldarlığını əhəmiyyətli dərəcədə artıra bilər, lakin pul yalnız istehsalın nəticəsi deyil. İqtisadçı vurğulayıb ki, pul resursların bölüşdürülməsi, mülkiyyət hüquqlarının qorunması, məhdud resursların qiymətləndirilməsi və xidmətlərin mübadiləsi üçün əsas iqtisadi alət olaraq qalır. Buna görə də mövcud qlobal iqtisadi sistemdə pulun yaxın 100 ildə əhəmiyyətini itirməsi real görünmür.

Eldəniz Əmirov hesab edir ki, İlon Mask bu cür açıqlamalarla insanların gələcəklə bağlı gözləntilərinə təsir göstərməyə çalışır və bu yanaşma dolayısı ilə onun uzunmüddətli biznes maraqlarına xidmət edir.

İqtisadçı sonda əlavə edib ki, İlon Maskın əsas üstünlüyü təkcə texnoloji yeniliklər yaratmaq deyil, davranış iqtisadiyyatını və insan psixologiyasını dərindən bilməsidir. Onun fikrincə, müasir dövrdə böyük sərvət qazanmaq üçün iqtisadiyyatı bilməkdən daha çox insanların nəyə inanacağını və hansı ideyaların kütləyə təsir göstərəcəyini anlamaq önəm daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 İyul 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri