İlon Maskın əmək haqqı paketi ilə bağlı ləğv qərarı qüvvədən salındı
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Delaver Ali Məhkəməsi Tesla şirkətinin baş direktoru İlon Maskın 2018-ci il üçün nəzərdə tutulan əmək haqqı paketinin ləğvi ilə bağlı aşağı instansiya məhkəməsinin qərarını ləğv edib.
Turkustan.az xəbər verir ki, Ali Məhkəmə Elon Maskın apellyasiya şikayəti əsasında işi yenidən nəzərdən keçirərək qərarını açıqlayıb. Qərara əsasən, aşağı məhkəmənin Maskın əmək haqqı paketini ləğv etməsi düzgün hesab edilməyib və həmin qərar qüvvədən düşmüş sayılıb. Eyni zamanda, iş üzrə simvolik olaraq 1 dollar məbləğində təzminat ödənilməsinə qərar verilib.
Məhkəmə qərarında vurğulanıb ki, əmək haqqı paketinin tam ləğvi “həddindən artıq” tədbirdir və bu cür addımlar yalnız “açıq-aşkar zəruri” hallarda atılmalıdır.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:64
Bu xəbər 20 Dekabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















