İlon Maskın əməlləri ilə bağlı PƏRDƏARXASI MƏQAMLAR: ABŞ hökumətində narazılıq niyə artır? KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-ın bir sıra qurumlarının, o cümlədən Federal Təhqiqatlar Bürosu (FTB) Pentaqon, Dövlət Departamenti, Milli Kəşfiyyat İdarəsi və Daxili Təhlükəsizlik Departamentinin rəhbərliyi öz tabeliyində olan şəxslərə ABŞ Hökumətinin Effektivliyi İdarəsinə hesabat verməməyi əmr edib.
KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Daha əvvəl DOGE-nin baş direktoru İlon Mask bildirmişdi ki, ABŞ hökuməti işçilərinə həftə ərzində gördükləri işlər barədə hesabat vermələrini tələb edən e-poçt məktubları alacaq. Cavab verməmək istefa kimi qiymətləndiriləcək. Tələbə tabe olmamaq əmri Maskın səlahiyyətlərinin nə qədər genişləndiyinə dair ilk ciddi sınaqlardan biri hesab edilir.
Nəşrə görə, bu, onu göstərir ki, ABŞ prezidenti Donald Trampın administrasiyasında iş adamının hərəkətləri ilə bağlı pərdəarxası narazılıq artır. Dövlət qulluqçuları isə görülən işlərlə bağlı “keçən həftə nə etdin?” bölməsində beş bəndlik hesabat təqdim etməlidirlər.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 Fevral 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















