İlon Maskın şirkəti 100 milyonlarla dollar zərər etdiyini açıqlayıb
Banco.az saytına istinadən Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
ABŞ-ın kosmik şirkəti SpaceX ikinci rübdə xalis zərərinin 541 milyon dollar olduğunu açıqlayıb. Bu barədə şirkətin IPO-dan sonrakı ilk maliyyə hesabatında bildirilir.
Banco.az xəbər verir ki, hesabat dövründə şirkətin gəliri illik müqayisədə 92% artaraq 7,8 milyard dollara çatıb.
Əməliyyat zərəri isə 970 milyon dollardan 143 milyon dollara enib. Gəlirin yarıdan çoxu Starlink peyk internet xidmətindən əldə olunub və bu seqment üzrə gəlir 66% artıb. Süni intellekt bölməsinin gəlirləri isə 3,5 dəfə yüksəlib. Eyni zamanda, SpaceX-in kapital xərcləri altı dəfədən çox artaraq 2,83 milyard dollardan 18,37 milyard dollara çatıb.
Maliyyə nəticələrinin açıqlanmasından sonra investorlarla keçirilən görüşdə şirkətin baş direktoru Elon Mask Grok süni intellekt modelində sürətli irəliləyiş əldə edildiyini bildirib. Onun sözlərinə görə, Starship raketinin növbəti uçuşunda yeni nəsil Starlink V3 peykləri orbitə çıxarılacaq.
Maliyyə hesabatından sonra birjadan əvvəlki ticarətdə şirkətin səhmləri 10%-dən çox ucuzlaşaraq 110 dollara yaxınlaşıb. Analitiklər isə hesabatdan əvvəl səhm üzrə zərərin açıqlanandan təxminən üç dəfə yüksək olacağını proqnozlaşdırırdılar.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 05 Avqust 2026 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















