İlon Maskın “SpaceX”dəki payı nə qədərdir? Açıqlandı
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Amerikalı sahibkar İlon Mask iyun ayının sonuna olan məlumata görə, “SpaceX” aerokosmik şirkətinin səhmlərinin 48,4%-nə sahib olub.
Yeniavaz.com bu barədə məlumat ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) sənədlərində öz əksini tapıb.
Maliyyə hesabatlarına görə, milyarder 6 418 547 515 “SpaceX” səhminə sahibdir və bu səhmlərin cari bazar qiymətlərinə əsasən təxminən 908 milyard dollar dəyərində qiymətləndirilir.
“SpaceX”in ikinci ən böyük səhmdarı isə “Valor Equity Partners” vençur fondunun rəhbəri Antonio Qrasiasdır. O, müvafiq sinifdəki səhmlərin ümumi sayının təxminən 6,5%-ni təşkil edən 503 414 530 səhmə sahibdir. Bu, Qrasiası Maskdan sonra şirkətin ən böyük xarici investoru edir.
“SpaceX”in digər əsas səhmdarları arasında “Google”ın ana şirkəti olan “Alphabet” və “Fidelity Investments” maliyyə qrupu da var. Onların ümumi payı təxminən 6-8% olaraq qiymətləndirilir.
Bu mövzuda digər xəbərlər:ABŞ İlon Maskın “SpaceX” şirkətini əvəzləyəcək alternativ axtarır
08 İyun 2025 08:36
Çinli şirkətlər İlon Maskın SpaceX şirkətinə investisiya edirlər
03 Oktyabr 2025 14:23
İlon Maskın SpaceX qəsəbəsi öz polis qurumunu yaradır
05 Fevral 2026 15:02
İlon Maskın SpaceX şirkəti dünyanın ən böyük raketini buraxa bilməyib
04 Mart 2025 14:22
Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib
30 May 2026 04:46
Baxış sayı:61
Bu xəbər 14 Avqust 2026 18:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















