Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

İlqar Nadiri ilə ilin yekunları haqqında: Sponsor müjdəsini verdi, Orxan Əliyevin qəfil ayrılığına toxundu İdmanXəbər

İlqar Nadiri ilə ilin yekunları haqqında: Sponsor müjdəsini verdi, Orxan Əliyevin qəfil ayrılığına toxundu İdmanXəbər

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri İdmanxeber.az saytına müsahibə verib. Klub rəhbəri həm ötən, həm də cari mövsümü dəyərləndirib:

-2023-2024 mövsümündə komanda qarşıya qoyduğu hədəfə çatdı.Mövsümə yaxşı başlamasanız da Premyer Liqada qalmağ missiyanızı uğurla başa çatdırdınız. Ümumilikdə həm ötən mövsümü, həm də 2024-cü ili “Kəpəz” adına necə dəyərləndirərdiniz?

Ötən mövsüm komanda gərgin mübarizə fonunda çempionatda yerini qoruya bildi. Hətta mövsümü 8-ci pillədə başa vurmaq şanslarımız da var idi. Çətin şərtlər altında komanda qarşısına qoyulan tələbi uğurla başa vura bildi. Təbii ki, stadionun, sponsorun olmaması istənilən bir komanda üçün pisdi. Bu birbaşa nəticələrə də təsir edə bilər. Biz ev oyunlarımızı uzun müddətdir ki, doğma şəhərimizdə oynamırıq. Lakin hazırda Gəncədə müasir standartlara cavab verən gözəl bir stadion inşa edilir. Bununla yanaşı, bu il “Kəpəz” üçün sponsor baxımından da uğurlu bir il ola bilər.

-Hər mövsüm Premyer Liqada qalmağa oynamaq yormur sizi?

Təbii ki, bu büdcəylə, bu şərtlər altında oynamaq çətindi. Doğma şəhərimizdə, azarkeşlərimiz önündə oynaya bilməməyimiz bizim nəticələrimizə də təsir edir. Ancaq bu il Premyer Liqada qalsaq, yeni mövsümdən rəqiblərimizi öz şəhərimizdə qəbul edə biləcəyik. Bu bizə əlavə motivasiya verir.

-Sponsor məsələsində yenilik varmı?

Var. Yaxın vaxtlarda ola bilər ki, “Kəpəz” adına müsbət xəbərlər eşidək. Uzun zamandır ki, danışıqlar var və qismət olarsa qısa zamanda bu məsələ nəhayət həllini tapacaq.

-Komanda cari mövsümə heç də yaxşı başlamadı. Lakin yeni baş məşqçi təyinatının ardından nəticələr qismən düzəldi və hazırda komanda 9-cu pillədədi. Geridə qalan 18 turda komandanın performansından razısınızmı?

Mövsümün əvvəlinə komanda heç də yaxşı başlamadı. İlk 8 turda komandanın aktivində sıfır xal var idi. Məcburiyyətdən baş məşqçi dəyişikliyinə getdik və Azər Bağırovu bu posta gətirdik. Ümumiyyətlə biz istəmirik ki, komanda tez-tez baş məşqçi dəyişikliyinə getsin. Lakin məcburiyyətdən mövcud duruma uyğun davranmalı oluruq ki, “Kəpəz”in nəticələrini müsbətə doğru dəyişək. Keçən il baş məşqçimiz Adil Şükürovun rəhbərliyi altında komandamız yaxşı çıxış etdi. Bu mövsümün əvvəlində məşqçilər tərəfindən aparılan seleksiyalar görünən odur ki, kifayət qədər effektli olmadı və bu da nəticələrə təsir etdi. Biz də məcbur qalıb həm məqçini dəyişdik.

Ümumilikdə əsas məsələ çempionatda qalmaq idi və biz bunu bacardıq. Bu il də hədəfimiz Premyer Liqadakı mövqeyimizi qorumaqdı. Bunun üçün də yeni oyunçuların komandaya cəlb olunması yolunda işlər gedir.

-Onlardan gözləniləni verməyən legioner futbolçularla yolları ayırmağı düşünürdüz. Mətbuatda Lassana Ndiaye, Redon Mihana, Viktor Braqa və Kərim LKouçanın adı hallanırdı. Artıq qış fasiləsidi. Proses nə yerdədi?

Qışa qədər bir neçə futbolçunun çıxışı normal olaraq məşqçilər heytini qane etməyib. Bu səbəbdən onlarla bağlı fikrimizi həmin futbolçulara bildirmişik. Futbolçu yaxşı çıxış etməyəndə onun özünə yeni komanda tapması da çətin olur.  Artıq iki futbolçu ilə yolları ayırmışıq. Daha bir futbolçu ilə danışıqlar son həddə gəlib çatıbdı. Konkret olaraq Lassana Ndiayenin menecerinə fikrimizi bildirmişik. Ümid edirik ki, bu məsələ müsbət yöndə öz həllini tapacaq.

-Transfer çalışmaları nə yerdədi? 

Yeni oyunçuların komandaya cəlb olunması yönündə işlər gedir. Artıq bir futbolçu ilə bütün məsələlərdə razılığa gəlmişik. Daha bir futbolçu ilə anşalmağa yaxınıq. Lakin bu transferlərlə kifayətlənməyi düşünmürük. Danışıq apardığımız bir neçə legioner futbolçu daha var.

-Mövsümün gedişində Azər Bağırovu baş məşqçi postuna gətirdiniz. “Kəpəz” bundan sonra xallar qazanmağa başladı. Lakin bəzi oyunlarda komanda gözləntilərin altında qaldı. İstər nəticə, istər oyun planında… Sizcə, Bağırov digər məqçilər kimi komandanı Premyer Liqada saxlamağı bacaracaq?

Azər Bağırovun gördüyü iş göz qabağındadı. O gələndə “Kəpəz”in xalı yox idi. İndi isə komanda turnir cədvəlində 9-cu pillədədi. Bu durum bizi qane edir. Baş məşqçimizə güvənirik. İnanırıq ki, bu missiyanın öhdəsindən layiqincə gələcək

-Ötən mövsüm başa çatan kimi “Kəpəz”in əsas heyət üzvlərinə “elçi düşən” çox oldu. Nəticədə yayda yenidən komanda yığmalı oldunuz. Bu yaxınlarda da yayda heyətinizə qatdığınız Orxan Əliyev “Turan Tovuz”la anlaşdı. 

Təbii ki, bu bizi sevindirir. Gəncədə futbolçular özünü yaxşı tərəfdən göstərir və daha sonra Premyer Liqanın iddialı komandalarına transfer olunurlar. Orxan Əliyev ötən çempionat “Araz Naxçıvan”da çox yaxşı mövsüm keçirmişdi. Onun “Turan Tovuz”a keçməsi bizim planımızda yox idi. Danışıqlar bir aydan çox idi ki, gedirdi. Mən “Turan Tovuz” rəhbərliyinə də Orxan Əliyevin bizə lazım olduğunu bildirmişdim. Mən onların fikrinə hörmətlə yanaşıram. Onlar da bizim. Orxan Əliyev daha çox istəyirdi ki, “Turan Tovuz”a keçsin. Biz onunla bir neçə dəfə danışdıq. Çalışdıq ki, onu komandada saxlayaq. Lakin futbolçu özü burda qalsa belə komandaya kömək edə biməyəcəyini bildirdi. Çünki fikri Tovuz klubunda idi. Orxan mənə dedi ki, Kurban Berdiyevlə işləmək imkanım varsa buu dəyərləndirməliyəm və istəyirəm ki, onun rəhbərliyi altında çıxış edim. Bu kimi hallar bizi məcbur elədi ki, Orxanı sərbəst buraxaq və onun “Turran Tovuz”a keçidinə imkan yaradaq. Hər kəs bilsin ki, Orxan Əliyevin getməsinin həm məşqçilər korpusu, həm də rəhbərlik əleyhinə idi. Onsuz da heyətimiz elə də geniş deyil. Onun komandadan getməsi özünün “Turan Tovuz”a olan həvəsindən qaynaqlandı.

-Bu sezon Premyer Liqada qalsanız yeni mövsümdən ev oyunlarınızı öz doğma şəhərinizdə keçirəcəksiniz. Bu məqam sizdə məsuliyyət yaradırmı?

Əlbəttə yaradır. Komanda bu mövsüm Premyer Liqada qalsa, gələn il hər şey daha yaxşı olacaq. Azarkeşlərimiz daha yaxşı “Kəpəz” görəcəklər. Təbii ki, hazırda əsas məsələ komandanı Premyer Liqada saxlamaqdı.

-Sonda hakimliklə bağlı fikirlərinizi öyrənim. Bu mövsüm bəzi matçlarda “Kəpəz”ə qarşı ciddi hakim səhvləri oldu.

Təbii ki, bu kimi məqamlar bizi məyus edir. Hər bir xal bizim üçün çox önəmlidi. Bis istəyirik ki, hakim səhvləri minimum həddə olsun. Ümumən bütün oyunlarda ədaləti qoruyan hakimlərimizin az səhv etməsini istəyərdik.

Səxavət Qurbanov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 10 Yanvar 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see473

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see374

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see372

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see331

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see314

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see285

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see285

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see280

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see196

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see160

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see160

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see159

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see150

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see149

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see136

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see134

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see131

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see129

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see126

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri