İlqar Xəyal verilişlərdəki sirrləri açdı
Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Efirə fasilə vermişəm, yaradıcılığıma yox. Yeni klip də hazırlamışam. Problem yaxşı mahnıdadır. Bəstəkarın təqdim etdiyi 100 mahnıdan biri belə tələbata cavab vermir. Mən də repertuarıma hər mahnı daxil etmirəm".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni İlqar Xəyal "Gün ortası" proqramında deyib. Sənətçi efirdən uzaqlaşmasının səbəbini açıqlayıb. İ.Xəyal bəstəkarları tənqid edərək, yaxşı mahnı yazmadıqlarını bildirib.
Müğənni verilişlərdəki qalmaqalların süni hazırlandığını söyləyib:
"Bir prodüser məni inandırdı ki, studiyanı tərk etmə, qalmaqal əvvəldən planlaşdırılır. Yəni adam bilir ki, yarımçıq durub verilişdən gedəcək. Ona bu lazımdır. Bizim zamanımızda "biznes" anlayışı yox idi, sənət var idi. İnsanlar pul qazanmaq üçün yox, sənət vurğunu olduğu üçün bu aləmə gəlirdir. Mahnını yazırlar ki, nəsə əldə etsinlər. Bəlkə normaldır, mən geridə qalmışam. Biz xidmət etmək üçün mahnı yazdırırdıq, konsert verirdik. Bu gün şou-biznes biznes olub".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 02 Dekabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















